https://sputnik.az/20230322/-azeri-lightin-qiymeti-artib--452940587.html
"Azeri Light"ın qiyməti artıb
"Azeri Light"ın qiyməti artıb
Sputnik Azərbaycan
Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də - 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 ABŞ dolları qeydə... 22.03.2023, Sputnik Azərbaycan
2023-03-22T10:51+0400
2023-03-22T10:51+0400
2023-03-22T10:51+0400
neft-qaz
azeri light markalı neft
qiymət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_0:160:3072:1888_1920x0_80_0_0_98821e9c1e7e43dc97bd8573b0a6aa28.jpg
BAKI, 22 mart - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib. Bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.APA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 0,60% və ya 0,45 dollar azalaraq 1 barelə görə 74.87 dollar təşkil edib.Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,72% və ya 0,50 dollar azalaraq 69.17 dollara bərabər olub.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240204_171:0:2902:2048_1920x0_80_0_0_cb0e94fa2f4d6c02f890343de996110b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azeri light markalı neft, qiymət, azərbaycan
azeri light markalı neft, qiymət, azərbaycan
"Azeri Light"ın qiyməti artıb
Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də - 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 ABŞ dolları qeydə alınıb.
BAKI, 22 mart - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib. Bu barədə Report-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.
APA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin may müqaviləsinin dəyəri 0,60% və ya 0,45 dollar azalaraq 1 barelə görə 74.87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,72% və ya 0,50 dollar azalaraq 69.17 dollara bərabər olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.