Unudulan Novruz adətləri hansılardır?

© Sputnik / Murad OrujovKosa və keçəl
Kosa və keçəl - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Novruz bayramı, çərşənbələr və ənənələrin kökləri hara dayanır? Hansı Novruz ənənələri zamanla unudulub? Hansı ənənələr zamanla dəyişilib? Bu sualları tanınmış astroloq Səbuhi Rəhimli və Bəhmən Faziloğlu cavablandırıb.
BAKI, 21 mart — Sputnik. Xalqımız Novruz bayramını qeyd edir. Bütün Şərq dünyası üçün çox əziz olan bu bayram zaman ötdükcə müəyyən dəyişikliklərə uğrayıb, bəzi adətləri unudulub, yeni ənənələr ortaya çıxıb.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində unudulan və zamanla dəyişilən Novruz ənənələri müzakirə edilib. Etnoqraf bildirir ki, Novruz bayramı hər dövrün xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, baş verən dəyişiklikləri də ehtiva edir:
"Məsələn, bir zamanlar lopa atırdılar. Təxminən bir metrlik məftili bir neçə qat əskiyə bürüyürdük, iri bir toppuza bənzəyirdi. Həmin lopa bir gün benzin və ya dizel içində qalırdı. Yanacaq onun canına hopurdu. Novruz bayramında, xüsusilə də ilaxır çərşənbədə onu atırdılar. Onu kəndin içinə, evlərin əhatəsinə deyil, dağlara, ya da boş çöllərə aparıb atırdılar. İndi də bəzi kənd yerlərində bu adət saxlanılıb. Amma şəhərdə bunu etmək mümkün deyil. Ona görə də zamanla bu adət sıradan çıxıb. Yaxud tonqal qalama adəti ilə bağlı ciddi təhlükəsizlik tədbirləri görülməlidir. Bu adəti yerinə yetirərkən də urbanizasiya qaydalarına riayət etmək lazımdır. Buna görə də insanların tonqala olan münasibəti getdikcə dəyişir".
Tarixçi bildirir ki, əvvəllər Novruz bayramında ancaq xüsusi şirniyyatlar - paxlava, şəkərbura, şorqoğal və s. olur. 30-40 il öncə yalnız Novruz bayramında həmin şirniyyatlar hazırlanardı. Amma indi istənilən vaxt o şirniyyatları əldə edə bilərsən. Artıq Novruzun yeməkləri, şirniyyatları bizim gündəlik qida rasionumuza çevrilib.
Bəhmən müəllimin fikrincə, müasir dövrdə bölgələrdə Novruz ənənələri arasında demək olar ki, fərq qalmayıb. Çünki, KİV Novruz nümunələrini göstərir, alimlər öz araşdırmalarını bölüşür. İnsanlar da həmin adətləri icra edirlər: "Amma bir zamanlar hər bölgənin bir adət-ənəsi var idi. Biri digərindən fərqlənirdi. Məsələn, bir bölgədə balıq məhsulları qoyulurdu, başqa bir bölgədə maldarlıq məhsulları qoyulurdu. Bundan başqa, çərşənbələrin adlandırmalarında da fərqlər olurdu".
© Sputnik / Irade JELILNpvruz xonçası
Традиционная праздничная сервировка на Новруз байрамы - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Npvruz xonçası
Etnoqraf zamanla itməkdə olan çərşənbələrdə də bəhs edib: "Bəzən insanlar deyirlər ki, Novruzda filan adət yox idi. Məsələn, "oğru çərşənbələr" var idi. Novruz qədər təntənəli olmasa da qeyd olunurdu. Oğru çərşənlər mesaj veirirdi ki, artıq doğru çərşənbələrə doğru gedirik. Hava isinir, təbiət dəyişir, yaşıllaşır, artıq yazın əlamətləri hiss olunur. Aparılan araşdırmalara görə, əslində 7 çərşənbə var. Onlardan 3-ü oğru, 3 doğu, biri də ilaxır çərşənbə. İlaxır çərşənbə doğru çərşənbələr sırasına daxildir. Novruz bayramına 50 gün qalmış Yalquzaq ayı, yəni kiçik çilə başlayır. 3 çərşənbə - oğru çərşənbələr kiçik çiləyə düşür. İnsanlar inanclarla əlaqələndirir. Amma bunun inanclarla heç bir əlaqəsi yoxdur. Bu, astronomik prosesdir. Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə qədər hərəkətidir. Hər 7 gün ərzində Günəş eyni məsafəni qət edir, məsafəni qət etdikcə havadakı dəyişikliyi hiss edirik. Gəlir boz aya çıxır. Boz ayda artıq doğru çərşənbələr qeyd olunur. Bu il fevral ayının 21-də doğru çərşənbə başlandı".
Tanınmış astroloq Səbuhi Rəhimli də unudulmaqda olan, eyni zamanda yanlış təbliğ olunan Novruz ənənələrindən bəhs edərkən bildirdi ki, bu gün bəzi bölgələrdə hələ də 7 çərşənbə qeyd olunur: "2-ci gündən 3-cü günə keçən gecə gecə yarısından sübh tezdən gün çıxana qədər qoruyucu mələklər gəlmiş olurdu. Bunlar gəlməklə insanlığı xilas etdiklərinə görə 2-ci gün axşam, yəni çərşənbə axşamı insanlar onun gəlişinə hazırlaşırdılar. Həmin inanclara görə, insanlar həmin gün yalan danışmamalıdırlar. Günəş Qoç bürcünə daxil olana qədər mələklərin 7-si də gəlirdi. Hətta 1970-ci illərə qədər Bakının bəzi kəndlərində, Lənkəran bölgəsində, Naxçıvanın Arazqırağı kəndlərində, Cənubi Azərbaycanda 7 çərşənbənin hamısı keçirilirdi. Bildiyimə görə, Naxçıvanın və Bakının bəzi kəndlərində, 7 çərşənbə hələ də qeyd olunur. Naxçıvanda ona 7 ləvin deyirlər. 7 ləvin bayramı deyirlər. İslamda olan Bərat da buna aiddir. Deyirlər ki, Bərat gecəsində mələklər gəlir, insanların nə istədiyini Allaha çatdırır. 7-si də tamamlanandan sonra sonuncu çərşənbəyə ilaxır çərşənbə deyirlər".
© Sputnik / Murad Orujovİlaxır çərşənbə
В Азербайджане отмечают Йел чершенбеси - Sputnik Azərbaycan, 1920, 15.03.2023
İlaxır çərşənbə
Novruz ənənələrindən biri də papaq atmadır. Astroloq qeyd edir ki, deyirlər, papaq atmaq dilənçilikdir. Bu adəti də dəyişiblər. Əslində bu adətin kökü belə deyil: "Qədim zamanlarda heç kəs bilmirdi, kimin evində nə var. Ona görə də bacadan şal atırdılar. O şaldan çıxan nemətlərə uyğun bilirdilər ki, kimin evində nə var. Kasıblar şala bir tikə çörək qoyurdular. Varlılar isə daha çox sovqat qoyurdular. Varlıların qoyduğu sovqatı xəlvət aparıb kasıbların bacasına atardılar ki, hər kəs bayram günü bərabərləşsin. İndi isə götürürlər 20-30 papağı, bütün qapılara atırlar. Hər şey dəyişib şoulaşdığı kimi, adətlərimiz də dəyişib, təəssüf. Məsələn, bizdə "qara bayram" adlı bir ənənə yoxdur. Aparıb qəbirlərin üstünə konfetlər, şirniyyat qoyurlar. Onu da qurd-quş yeyir. Ondansa onu aparıb hansısa kasıba versinlər".
Xəbər lenti
0