Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Çin Sədri ilə görüşdə Ukraynanı müzakirə edərkən danışıqlara açıq olduğunu bildirib

© Sputnik / POOL / Mediabanka keçidRusiya və Min liderlərinin görüşü
Rusiya və Min liderlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Martın 20-də Çin Sədri Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb.
BAKI, 21 mart - Sputnik. Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanı müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.
“Si Cinpin vurğulayıb ki, Ukrayna məsələsində sülh və şüur səsləri artır, əksər ölkələr gərginliyin azaldılmasının tərəfdarıdır, sülh və danışıqların tərəfdarıdır və odun üstünə yağ tökməyin əleyhinədir. Tarix göstərir ki, münaqişələr dialoq və danışıqlar yolu ilə həll edilməlidir”, - KİV qeyd edib.
Həmçinin qeyd olunub ki, Çin rəhbəri Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün “sülh planı” ictimailəşdirdiyini xatırladıb.
“Çin Ukrayna məsələsinin siyasi həllinin təşviqində qurucu rol oynamağa davam edəcək”, - Si Cinpin əlavə edib.
Öz növbəsində Putin bildirib ki, “Rusiya Çinin sülh planını diqqətlə öyrənib və danışıqlara açıqdır”.
Xatırladaq ki, martın 20-də Çin Sədri Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb. Eyni gün Çin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-formal görüş baş tutub. Danışıqlar 4,5 saat davam edib. Si Cinpinin Rusiyaya səfəri martın 22-dək davam edəcək.
Çin lideri Si Tszinpin
 - Sputnik Azərbaycan, 1920, 20.03.2023
DÜNYA XƏBƏRLƏRİ
Si Tszinpin: Əzmlə Çin-Rusiya dostluğunun yeni perspektivlərinə doğru
Xəbər lenti
0