https://sputnik.az/20230321/abs-dovlet-katibinin-komekcisi-bakiya-niye-gelir--452926657.html
ABŞ Dövlət katibinin köməkçisi Bakıya niyə gəlir?
ABŞ Dövlət katibinin köməkçisi Bakıya niyə gəlir?
Sputnik Azərbaycan
Dövlət katibinin köməkçisi Sison səfər zamanı həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də... 21.03.2023, Sputnik Azərbaycan
2023-03-21T15:20+0400
2023-03-21T15:20+0400
2023-03-21T15:20+0400
siyasət
abş dövlət katibi
abş dövlət departamenti
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/03/06/452424334_0:0:2784:1566_1920x0_80_0_0_d019725f8e7f69ceb0c566cd0d5e462d.png
BAKI, 21 mart - Sputnik. ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.Bildirilib ki, ABŞ Dövlət Departamentinin rəsmisi 22 mart - 7 aprel tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək."Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq", -Dövlət Departamentinin məlumatında bildirilir. Həmçinin qeyd olunur ki, Dövlət katibinin köməkçisi Sison səfər zamanı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək. Xatırladaq ki, bu il martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sisonla görüşüb.Görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib.Nazir eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib. Qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/06/452424334_309:0:2784:1856_1920x0_80_0_0_978f0000f184257e53157ba71fd796a8.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş dövlət katibi, abş dövlət departamenti, ceyhun bayramov
abş dövlət katibi, abş dövlət departamenti, ceyhun bayramov
ABŞ Dövlət katibinin köməkçisi Bakıya niyə gəlir?
Dövlət katibinin köməkçisi Sison səfər zamanı həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək.
BAKI, 21 mart - Sputnik. ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin rəsmisi 22 mart - 7 aprel tarixlərində Madaqaskar, Cənubi Afrika, Mavriki, Azərbaycan, Monqolustan, Vyetnam, Tailand və Laosa səfər edəcək.
Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.
"Dövlət katibinin köməkçisi səfəri zamanı mövcud və potensial çoxtərəfli əməkdaşlıq sahələrini, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi daxil olmaqla transmilli çağırışlarla bağlı müzakirələr aparacaq", -Dövlət Departamentinin məlumatında bildirilir.
Həmçinin qeyd olunur ki, Dövlət katibinin köməkçisi Sison səfər zamanı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ namizədi Emi Papanın dəstəklənməsini də təşviq edəcək.
Xatırladaq ki, bu il martın 6-da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sisonla görüşüb.
Görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib.
Nazir eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib. Qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.
Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.