Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Overçuk: "Xanoba" keçid məntəqəsi Şimal-Cənub Nəqliyyat Dəhlizində mühüm rol oynayacaq

© Sputnik / Murad OrujovRusiya Baş nazirinin müavini Aleksey Overçuk
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Üçtərəfli qrupun fəaliyyəti Rusiya, Azərbaycan, İran və Körfəzi birləşdirəcək dəmiryol infrastrukturunun inkişafına fokuslanıb.
BAKI, 17 mart — Sputnik. "Qarşılıqlı ticarət həcminin artması onu göstərir ki, ölkələrimiz qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsində maraqlıdır və biz sizinlə Hökumətlərarası Komissiya çərçivəsində daim bu barədə fikir mübadiləsi aparırıq, əməkdaşlığımızın daha da inkişaf etdirməyin yolları barədə düşünürük".
Bunu Azərbaycanla Rusiya sərhədində yenidən inşa olunan "Xanoba" dövlət sərhəd buraxılış məntəqəsinin açılış mərasimində çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz Azərbaycanın Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi üçün səmimi səylərini görürük. Bu gün bizim sizinlə istifadəyə verdiyimiz keçid məntəqəsi bu konstruktiv səylərin ən gözəl sübutudur. Bu keçid məntəqəsi bizim ikitərəfli əlaqələrin sərhədləri çərçivəsindən daha da kənara çıxır. Bu gün dünyada qloballaşma, iqlim dəyişikliyi ilə əlaqədar baş verən proseslər dəyişikliklərə, yeni regionların, yeni əlaqələrin, yeni əmtəə-iqtisadi əlaqələrin yaranmasına gətirib çıxarır. Bu keçid məntəqəsi beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində mühüm rol oynayacaq, hansı ki biz bu gün Azərbaycanla və digər ölkələrlə birlikdə qururuq", - o, deyib.
Overçuk burada avtomobil nəqliyyatının da inkişaf etdiyini vurğulayıb:
"Biz bu gün yolla gedərkən gördük ki, avtomobil yolu demək olar hazırdır. Biz sizinlə əlbəttə ki, dəmiryol infrastrukturunun inkişafını da müzakirə edirik. Bakı üçtərəfli qrupu qəbul edib, hansı ki bu qrupun fəaliyyəti Rusiya, Azərbaycan, İran və Körfəz birləşdirəcək dəmiryol infrastrukturunun inkişafına fokuslanıb. Bu dəmiryolu sonradan cənub istiqamətində yüklərin daşınmasına xidmət edəcək. Bu səbəbdən də bütün nəqliyyat dəhlizi boyunca bu keçid məntəqəsi açar rol oynayır".
Rusiya Baş nazirinin müavininin sözlərinə görə, keçid məntəqəsinin açılışı onu göstərir ki, ölkələr nəqliyyat dəhlizi məsələsində olduqca ciddidirlər.
"Şimal-Cənub dəhlizi bir pazl kimi yığılır və Azərbaycan burada liderlik nümayiş etdirir. Öz tərəfimizdən biz də bir sıra məntəqələrin istifadəyə verilməsi ilə yüklərin növbəsiz və fasiləsiz daşınmasını təmin edirik. Bu məsələ də olduqca vacibdir. Keçid məntəqələri yük daşıyan şəxslər üçün rahat olmalıdır və burada çalışan şəxslər də öz işlərindən zövq alaraq insanlara xidmət etməlidir", - Overçuk vurğulayıb.
Azərbaycanla Rusiya arasında Xanoba gömrük postu istifadəyə verilib - Sputnik Azərbaycan, 1920, 17.03.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
"Xanoba" gömrük postu istifadəyə verildi
Xəbər lenti
0