https://sputnik.az/20230316/cinde-iqtisadiyyatin-canlanacagi-gozlentileri-nefti-bahalasdirib-452777260.html
Çində iqtisadiyyatın canlanacağı gözləntiləri nefti bahalaşdırıb
Çində iqtisadiyyatın canlanacağı gözləntiləri nefti bahalaşdırıb
Sputnik Azərbaycan
"Brent" və "WTI" markalı neft bu həftə təxminən 11% azalaraq 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T12:55+0400
2023-03-16T12:55+0400
2023-03-16T12:55+0400
çin
neft-qaz
neft
qiymət
"azerilight" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 16 mart — Sputnik. Bu gün dünya bazarlarında neftin qiymətləri nisbətən bahalaşıb. "Brent" neftinin dəyəri 1,29% artaraq 1 barelə görə 74,64 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 1,24% artaraq 68,45 dollara bərabər olub. Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 6,99 ABŞ dolları və ya 8,6% azalaraq 74,42 dollar təşkil edib. Neft qiymətlərinə Çin iqtisadiyyatının bərpasına dair proqnozlar təsir göstərib. Bu proqnoz bu il neftə olan tələbin artacağına dair ümidləri artırıb. Lakin bazarlar hələ də potensial bank böhranından narahatdır. İnvestisiya bankı "Goldman Sachs" Çinin bu ilin əvvəlində COVID-19 məhdudiyyətlərinin əksəriyyətini yumşaltdıqdan sonra ölkənin illik iqtisadi artım proqnozunu 5,5%-dən 6%-ə yüksəldib. Bu proqnoz Çində canlanmanın bu il neft tələbini rekord səviyyələrə çatdıracağına dair gözləntiləri gücləndirib. "Brent" və "WTI" markalı neft bu həftə təxminən 11% azalaraq 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb. Keçən həftə üç ABŞ bankının çökməsi ilə bazarlar bu çöküşlərin bütövlükdə iqtisadiyyata sıçrayacağından narahatdır. Bu, mümkün tənəzzülün bu il neft tələbini ciddi şəkildə azaldacağı ilə bağlı narahatlıqları gücləndirib. Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çin, neft, qiymət, "azerilight" markalı neft
çin, neft, qiymət, "azerilight" markalı neft
Çində iqtisadiyyatın canlanacağı gözləntiləri nefti bahalaşdırıb
"Brent" və "WTI" markalı neft bu həftə təxminən 11% azalaraq 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
BAKI, 16 mart — Sputnik. Bu gün dünya bazarlarında neftin qiymətləri nisbətən bahalaşıb. "Brent" neftinin dəyəri 1,29% artaraq 1 barelə görə 74,64 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 1,24% artaraq 68,45 dollara bərabər olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 6,99 ABŞ dolları və ya 8,6% azalaraq 74,42 dollar təşkil edib.
Neft qiymətlərinə Çin iqtisadiyyatının bərpasına dair proqnozlar təsir göstərib. Bu proqnoz bu il neftə olan tələbin artacağına dair ümidləri artırıb. Lakin bazarlar hələ də potensial bank böhranından narahatdır.
İnvestisiya bankı "Goldman Sachs" Çinin bu ilin əvvəlində COVID-19 məhdudiyyətlərinin əksəriyyətini yumşaltdıqdan sonra ölkənin illik iqtisadi artım proqnozunu 5,5%-dən 6%-ə yüksəldib. Bu proqnoz Çində canlanmanın bu il neft tələbini rekord səviyyələrə çatdıracağına dair gözləntiləri gücləndirib.
"Brent" və "WTI" markalı neft bu həftə təxminən 11% azalaraq 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.
Keçən həftə üç ABŞ bankının çökməsi ilə bazarlar bu çöküşlərin bütövlükdə iqtisadiyyata sıçrayacağından narahatdır. Bu, mümkün tənəzzülün bu il neft tələbini ciddi şəkildə azaldacağı ilə bağlı narahatlıqları gücləndirib.
Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.