CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yardımçı tikililərə də icazə tələb olunacaq – Məcəllə dəyişir

tikini - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır.
BAKI, 15 mart — Sputnik. Azərbaycanda tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı azaldılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır.
Hazırda hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.
Layihəyə əsasən isə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmayacaq.
Xatırladaq ki, mövcud 79-cu maddə belədir:
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların.
Xəbər lenti
0