Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyada biznes sanksiyalara adekvat reaksiya verir

© Sputnik / Павел Бедняков / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Vladimir Putin bildirib ki, Moskvanın əleyhdarlarının hərəkətlərinə Rusiya Federasiyası daxilində iqtisadi azadlıqları genişləndirməklə cavab vermək lazımdır.
BAKI, 15 mart — Sputnik. Rusiyanın biznes və iqtisadiyyatı sanksiya tədbirlərinə adekvat reaksiya verir.
Rusiya Prezidenti Vladimir Putin bu barədə Baş Prokurorluq kollegiyasının genişləndirilmiş iclasında bildirib.
Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı əsl sanksiya aqressiyasına başlayıb.
"Lakin iqtisadiyyat, biznes, sahibkarlar bütün çağırışlara layiqincə cavab verirlər", - deyə prezident qeyd edib.
Daha əvvəl Vladimir Putin bildirib ki, ötən ilin ən mühüm nəticəsi Rusiyanın iqtisadi suverenliyinin dəfələrlə artması olub.
Rusiya liderinin sözlərinə görə, Moskvanın əleyhdarlarının hərəkətlərinə Rusiya Federasiyası daxilində iqtisadi azadlıqları genişləndirməklə cavab vermək lazımdır.
Xəbər lenti
0