DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN Si Tszinpinin Rusiyaya səfəri məsələsinə aydınlıq gətirib

© Kevin Lamarque / Pool via APSi Cinpin
Si Cinpin - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Çin liderinin Zelenski ilə danışıqlar aparmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran Van Venbin deyib ki, Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır, Pekin bütün tərəflərlə əlaqə saxlayır.
BAKI, 14 mart — Sputnik. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin çərşənbə axşamı keçirdiyi brifinqdə Çin Prezidenti Si Tszinpinin gələn həftə Rusiyaya səfər edəcəyi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.
Bazar ertəsi "Reuters" mənbələrə istinadən xəbər verib ki, Si Tszinpin gələn həftənin əvvəlində Moskvaya səfər etməyi planlaşdırır. Öz növbəsində, "Wall Street Journal" öz mənbələrinə istinadən yazıb ki, Çin lidrri Vladimir Zelenski ilə, ehtimal ki, Moskvaya səfərindən qısa müddət sonra onlayn görüş keçirmək niyyətindədir. Qeyd edilib ki, bu söhbət Si Tszinpinlə Zelenski arasında keçən il fevralın 24-dən bəri ilk ünsiyyət olacaq.
"Çin və Rusiya bütün səviyyələrdə sıx əməkdaşlıq edir. Qaldırdığınız məsələ ilə bağlı bizdə hazırda ictimaiyyətə açıqlaya biləcəyimiz heç bir məlumat yoxdur", - diplomat mediada mümkün səfərlə bağlı yayılan məlumatları şərh edərkən deyib.
Eyni zamanda, Çin liderinin Zelenski ilə danışıqlar aparmaq niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran Van Venbin deyib ki, Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır, Pekin bütün tərəflərlə əlaqə saxlayır.
Rusiya Prezidenti Vladimir Putin ötən il dekabrın sonunda Si Tszinpini 2023-cü ildə Moskvaya səfərə dəvət edib.
Xəbər lenti
0