https://sputnik.az/20230313/olkenin-yuksek-dagliq-erazilerinde-qarolcme-isleri-davam-edir-452636863.html
Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir
Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir
Sputnik Azərbaycan
Balakən rayonu ərazisində Balakənçayın hövzəsində və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində ölçmə işləri artıq başa çatıb. 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T13:37+0400
2023-03-13T13:37+0400
2023-03-13T13:37+0400
qar
cəmiyyət
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/42326/18/423261852_0:0:1280:721_1920x0_80_0_0_459ac33ad329abe1238bc3bfe1193ab0.jpg
BAKI, 13 mart — Sputnik. Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir. Bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. O qeyd edib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42326/18/423261852_106:0:1243:853_1920x0_80_0_0_37610327f8f91bb57a6bf0dd0762b28e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qar, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
qar, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir
Balakən rayonu ərazisində Balakənçayın hövzəsində və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində ölçmə işləri artıq başa çatıb.
BAKI, 13 mart — Sputnik. Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.
Bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.
Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.