https://sputnik.az/20230310/turkiyede-yeniden-zelzele-olub-452544932.html
Türkiyədə yenidən zəlzələ olub
Türkiyədə yenidən zəlzələ olub
Sputnik Azərbaycan
Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T10:28+0400
2023-03-10T10:28+0400
2023-03-10T10:28+0400
dünya xəbərləri
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_0:160:3072:1888_1920x0_80_0_0_a0d289a4dbbc24a900ea9a35f44557fc.jpg
BAKI, 10 mart — Sputnik. Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 46 mini keçib. Məlumat üçün onu da bildirək ki, Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1,5 milyon yaşayış binasının sakinlərini beş il ərzində köçürməyi planlaşdırır.Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4,5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_171:0:2902:2048_1920x0_80_0_0_b749c8fd56c69975d6323dbce7f02190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, zəlzələ
Türkiyədə yenidən zəlzələ olub
Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.
BAKI, 10 mart — Sputnik. Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 46 mini keçib.
Məlumat üçün onu da bildirək ki, Türkiyənin hakimiyyət orqanları 17 milyonluq İstanbul şəhərində yeddi baldan yuxarı mümkün zəlzələ səbəbindən dağılma ehtimalı olan 1,5 milyon yaşayış binasının sakinlərini beş il ərzində köçürməyi planlaşdırır.
Türkiyənin Seysmologiya Xidməti Anadolu və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşən İstanbulda 7-7,5 bal gücündə zəlzələ proqnozlaşdırır. Belə zəlzələ 90 min evin dağılmasına, 260 min evin zədələnərək yaşamaq üçün yararsız hala düşməsinə, 4,5 milyon sakinin evsiz qalmasına səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.