https://sputnik.az/20230310/qizilagacda-baliq-ovlayan-sexs-tutulub-452544660.html
Qızılağacda balıq ovlayan şəxs tutulub
Qızılağacda balıq ovlayan şəxs tutulub
Sputnik Azərbaycan
Brakonyerin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T13:27+0400
2023-03-10T13:27+0400
2023-03-10T13:27+0400
balıq
cəmiyyət
ov
qanunsuz
https://cdnn1.img.sputnik.az/img/42365/37/423653707_0:128:3077:1858_1920x0_80_0_0_b8465fb2316989538872b545a2b66267.jpg
BAKI, 10 mart — Sputnik. Qızılağac Milli Parkının ərazisində elektriklə balıq ovlayan şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.Onun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42365/37/423653707_121:0:2850:2047_1920x0_80_0_0_bce890397107952fee7902ab082bc349.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balıq, ov, qanunsuz
Qızılağacda balıq ovlayan şəxs tutulub
Brakonyerin təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
BAKI, 10 mart — Sputnik. Qızılağac Milli Parkının ərazisində elektriklə balıq ovlayan şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb.
Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.
Onun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.