https://sputnik.az/20230309/zaxarova-aciqladi-almaniyanin-moskvadaki-sefiri-rusiya-xn-e-muraciet-edib-452517441.html
Zaxarova açıqladı: Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə müraciət edib
Zaxarova açıqladı: Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə müraciət edib
Sputnik Azərbaycan
Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi... 09.03.2023, Sputnik Azərbaycan
2023-03-09T14:25+0400
2023-03-09T14:25+0400
2023-03-09T14:25+0400
mariya zaxarova
rusiya
almaniya
rusiya xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:3019:1699_1920x0_80_0_0_66d1acce2e7336e573634117b9c4e5b8.jpg
BAKI, 9 mart — Sputnik. Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Almaniyanın özündə Rusiya mediasının geniş şəkildə təqib edilməsinə baxmayaraq, Rusiya ərazisində alman jurnalistlərin işinə kömək etmək xahişi ilə Rusiya XİN-ə sənəd göndərib. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" telekanalının efirində bildirib. "Bir neçə gün əvvəl Almaniya səfiri Xarici İşlər Nazirliyinə rəsmi sənəd göndərib ki, Rusiyadakı alman jurnalistlərə səmimiyyətlə yanaşın, onlara əvvəllər olduğu kimi viza, akkreditasiya verin. Düzünü desəm, mən bir qədər təəccübləndim, çünki birincisi, mənə elə gəlir ki, heç bir başqa ölkədə Rusiya mediası və jurnalistləri Almaniyadakı kimi təzyiqlərə məruz qalmamışdı", - deyə Zaxarova bildirib. Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi fonunda baş verib. "Bu iyrənc məqaləyə həsr olunmuş teleqram kanalımdakı dünənki yazımı yazmazdan əvvəl mən Almaniya səfirinə zəng etdim. O, telefona və mesaja cavab vermədi. Həmkarlarımdan onunla əlaqə saxlamalarını istədim, mesajlarına cavab vermədi, sonra yazını dərc etdim".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811180_0:0:2729:2047_1920x0_80_0_0_121d3625bcba3c39dbb42de7b9011b73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, almaniya, rusiya xarici işlər nazirliyi
mariya zaxarova, almaniya, rusiya xarici işlər nazirliyi
Zaxarova açıqladı: Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə müraciət edib
Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi fonunda baş verib.
BAKI, 9 mart — Sputnik. Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Almaniyanın özündə Rusiya mediasının geniş şəkildə təqib edilməsinə baxmayaraq, Rusiya ərazisində alman jurnalistlərin işinə kömək etmək xahişi ilə Rusiya XİN-ə sənəd göndərib.
Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" telekanalının efirində bildirib.
"Bir neçə gün əvvəl Almaniya səfiri Xarici İşlər Nazirliyinə rəsmi sənəd göndərib ki, Rusiyadakı alman jurnalistlərə səmimiyyətlə yanaşın, onlara əvvəllər olduğu kimi viza, akkreditasiya verin. Düzünü desəm, mən bir qədər təəccübləndim, çünki birincisi, mənə elə gəlir ki, heç bir başqa ölkədə Rusiya mediası və jurnalistləri Almaniyadakı kimi təzyiqlərə məruz qalmamışdı", - deyə Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi fonunda baş verib. "Bu iyrənc məqaləyə həsr olunmuş teleqram kanalımdakı dünənki yazımı yazmazdan əvvəl mən Almaniya səfirinə zəng etdim. O, telefona və mesaja cavab vermədi. Həmkarlarımdan onunla əlaqə saxlamalarını istədim, mesajlarına cavab vermədi, sonra yazını dərc etdim".