Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Heydər Əliyev: Azərbaycan qadınına eşq olsun!

Abunə olmaq
Ulu öndər qadınların kişilərlə bərabər hüquqlardan istifadə etməsinin və hökumətin müəyyən səviyyəsində təmsil olunmasının tərəfdarı olub.
BAKI, 8 mart — Sputnik. "Sputnik Azərbaycan" Ulu öndərin tutumlu ifadələrindən və müdrik kəlamlarından seçmələri təqdim edir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2023-cü il Heydər Əliyev İli elan edilib.
Heydər Əliyev istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən qadınların problemlərinin həllinə, ölkənin siyasi, iqtisadi və mədəni həyatında onların rolunun artırılmasına böyük diqqət yetirib.
O, qadınların kişilərlə bərabər hüquqlardan istifadə etməsinin və hökumətin müəyyən səviyyəsində təmsil olunmasının tərəfdarı idi.
Azərbaycan qadınlarının qurultayındakı çıxışlarından birində Heydər Əliyev aşağıdakıları deyib:

"Tarix boyu Azərbaycan qadını zəkası, istedadı, şərəfi, iffəti, fədakarlığı, çalışqanlığı, cəsarəti, vətənpərvərliyi, millətə, torpağa sonsuz sevgisi, gözəlliyi və Azərbaycan xalqının özünəməxsus xüsusiyyətləri ilə tanınır. Azərbaycan qadınına eşq olsun, eşq olsun, eşq olsun!".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0