DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp: Cinayət ittihamları prezident seçkilərində mənə mane ola bilməyəcək

© AP Photo / John RaouxDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
ABŞ-ın keçmiş prezidenti əmindir ki, mümkün ittihamlar onun tərəfinə yalnız yeni tərəfdarlar cəlb edəcək.
BAKI, 6 mart — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib ki, onun barəsində aparılan araşdırmalardan birinə görə ittiham irəli sürülsə belə, bu, Ağ Ev rəhbərinin kreslosu uğrunda mübarizədə onun iştirakına mane olmayacaq.
Amerikanın "The New York Times" qəzeti bu barədə yazır.
Bu elan, əgər Tramp ittiham olunarsa, onun niyyətlərinin ictimaiyyət qarşısında ilk etirafıdır.
Respublikaçılar partiyasından prezidentliyə ən yüksək namizədə ona qarşı aparılan bir sıra araşdırmalar, o cümlədən, 2020-ci ildə hakimiyyətin dinc yolla ötürülməsi prosesinə müdaxilə etmək şübhələri və Trampın evində "gizli" möhürü olan sənədlərin tapılması mane olur.
Keçmiş prezident jurnalistin ittiham irəli sürüldüyü təqdirdə namizədliyini geri götürəcəyi barədə sualına "Mən seçkilərdən ayrılmağı heç ağlıma belə gətirmirəm" deyə cavab verib.
Bundan əlavə, Amerika mediasına görə, Tramp əmindir ki, mümkün ittihamlar onun tərəfinə yalnız yeni tərəfdarlar cəlb edəcək. ABŞ prezidentliyinə namizəd statusundan isə o, "müstəntiqlərə qarşı dəyənək" kimi istifadə edə biləcək.
Bundan əvvəl Trampın yenidən seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni bir gün ərzində həll edəcəyinə söz verdiyi bildirilib.
Xəbər lenti
0