https://sputnik.az/20230306/rusiya-turkiye-suriya-munasibetlerinin-inkisafina-komek-ede-biler---cagri-erhan-452414188.html
Rusiya Türkiyə-Suriya münasibətlərinin inkişafına kömək edə bilər - Çağrı Erhan
Rusiya Türkiyə-Suriya münasibətlərinin inkişafına kömək edə bilər - Çağrı Erhan
Sputnik Azərbaycan
Türkiyə rəsmisi qeyd edib ki, proses uzansa belə, Dəməşq və Ankara arasında yaxınlaşma altı ay əvvəlki vəziyyətdən daha yaxşı olacaq. 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T16:10+0400
2023-03-06T16:10+0400
2023-03-06T16:46+0400
rusiya
türkiyə
suriya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 6 mart — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Suriya və Türkiyənin dostu olmaqla Dəməşq və Ankaranın yaxınlaşmasına töhfə verə bilər. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan RİA Novosti-yə bildirib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ankara və Dəməşqin münasibətlərin yaxşılaşa bilməsi üçün İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlikləri arasında dördtərəfli görüşün təşkili üçün səy göstərdiyini açıqlamışdı. "İnanıram ki, Rusiya və İran deyil, Rusiyanın özü Türkiyə-Suriya münasibətlərinin daha da inkişafına kömək edə bilər. Çünki İran regional güc kimi vasitəçi rolunu oynaya bilməz, çünki İranın Yaxın Şərqdə, Suriyada və onun digər bölgələrində öz maraqları var. Ancaq Rusiya BMT Təhlükəsizlik Şurasının üzv ölkəsi, həm Türkiyə, həm də Suriyanın yaxın dostu kimi bu əlaqələrin inkişafına kömək edə bilər", - deyə Erhan bildirib. Türkiyə rəsmisi qeyd edib ki, proses uzansa belə, Dəməşq və Ankara arasında yaxınlaşma altı ay əvvəlki vəziyyətdən daha yaxşı olacaq. "Təbii ki, Türkiyə tərəfdən də, Dəməşq tərəfdən də bəzi gözləntilər var. Müzakirə olunacaq və artıq müzakirə olunan üç mühüm məsələ var. Türkiyə üçün ən vacib məsələ təkcə PKK deyil, terror fəaliyyətidir. İkinci önəmli məsələ Türkiyədəki suriyalı qaçqınlardır. Onların sayı artıq 3,5 milyondan çoxdur. Ölkələrinə qayıdacaqlar, yoxsa Türkiyədə qalacaqlar. Bu mühüm məsələdir. Üçüncüsü isə təbii ki, Suriyanın ərazi bütövlüyüdür", - Erhan bildirib. Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir. Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Yanvarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini açıqlamışdı. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, suriya
Rusiya Türkiyə-Suriya münasibətlərinin inkişafına kömək edə bilər - Çağrı Erhan
16:10 06.03.2023 (Yenilənib: 16:46 06.03.2023) Türkiyə rəsmisi qeyd edib ki, proses uzansa belə, Dəməşq və Ankara arasında yaxınlaşma altı ay əvvəlki vəziyyətdən daha yaxşı olacaq.
BAKI, 6 mart — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Suriya və Türkiyənin dostu olmaqla Dəməşq və Ankaranın yaxınlaşmasına töhfə verə bilər. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan RİA Novosti-yə bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ankara və Dəməşqin münasibətlərin yaxşılaşa bilməsi üçün İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlikləri arasında dördtərəfli görüşün təşkili üçün səy göstərdiyini açıqlamışdı.
"İnanıram ki, Rusiya və İran deyil, Rusiyanın özü Türkiyə-Suriya münasibətlərinin daha da inkişafına kömək edə bilər. Çünki İran regional güc kimi vasitəçi rolunu oynaya bilməz, çünki İranın Yaxın Şərqdə, Suriyada və onun digər bölgələrində öz maraqları var. Ancaq Rusiya BMT Təhlükəsizlik Şurasının üzv ölkəsi, həm Türkiyə, həm də Suriyanın yaxın dostu kimi bu əlaqələrin inkişafına kömək edə bilər", - deyə Erhan bildirib.
Türkiyə rəsmisi qeyd edib ki, proses uzansa belə, Dəməşq və Ankara arasında yaxınlaşma altı ay əvvəlki vəziyyətdən daha yaxşı olacaq.
"Təbii ki, Türkiyə tərəfdən də, Dəməşq tərəfdən də bəzi gözləntilər var. Müzakirə olunacaq və artıq müzakirə olunan üç mühüm məsələ var. Türkiyə üçün ən vacib məsələ təkcə PKK deyil, terror fəaliyyətidir. İkinci önəmli məsələ Türkiyədəki suriyalı qaçqınlardır. Onların sayı artıq 3,5 milyondan çoxdur. Ölkələrinə qayıdacaqlar, yoxsa Türkiyədə qalacaqlar. Bu mühüm məsələdir. Üçüncüsü isə təbii ki, Suriyanın ərazi bütövlüyüdür", - Erhan bildirib.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir.
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Yanvarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini açıqlamışdı. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.