Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Rusiya və İranın Bakıdakı səfirləri nəyi müzakirə ediblər?

© Depositphotos.com / AaelboeollosyRusiya İran
Rusiya İran - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
Diplomatlar Cənubi Qafqaz regionunda baş verən hadisələr, "3+3" təşəbbüsü, o cümlədən iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq və "Şimal-Cənub" dəhlizi ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 2 mart — Sputnik. Rusiya və İranın Azərbaycandakı səfirləri Mixail Boçarnikov və Seyid Abbas Musəvi Bakıda "3+3" regional əməkdaşlıq formatını və "Şimal-Cənub" nəqliyyat layihəsinin inkişafını müzakirə ediblər. Bu barədə İranın Azərbaycandakı səfirliyi xəbər verib.
Görüş zamanı diplomatlar Cənubi Qafqaz regionunda baş verən hadisələri, "3+3" təşəbbüsünü, o cümlədən iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələlərini nəzərdən keçiriblər.
Dekabrın əvvəlində Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin rəhbərinin həmsədrliyi ilə "3+3" regional məsləhətçi platformasının ilk iclası keçirilib. Bu yaxınlarda Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin Cənubi Qafqaz üzrə "3+3" regional məsləhətçi mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib.
Bu həftə Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan ekspert şurasının 3-cü iclasında çıxışı zamanı "3+3" formatının diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan iştirak etməkdən imtina edib, lakin "biz Gürcüstan üçün qapıları həmişə açıq saxlayacağıq".
Xəbər lenti
0