https://sputnik.az/20230302/qlobal-bir-duzenin-bohranda-olmasi-boyuk-cetinlikler-yaradir---jelka-tsviyanovic-452309055.html
Qlobal bir düzənin böhranda olması böyük çətinliklər yaradır - Jelka Tsviyanoviç
Qlobal bir düzənin böhranda olması böyük çətinliklər yaradır - Jelka Tsviyanoviç
Sputnik Azərbaycan
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri deyib ki, Qoşulmama Hərəkatı yarandığı dövrdə olduğu kimi bu gün də dünyada sülh və sabitlik aktualdır. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T14:45+0400
2023-03-02T14:45+0400
2023-03-02T15:09+0400
azərbaycan
siyasət
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452301667_0:35:1000:598_1920x0_80_0_0_c280afd73a48c419f94507b0b48f57fe.jpg
BAKI, 2 mart — Sputnik. "Dəvətə görə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm". Bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç bildirib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri deyib ki, Qoşulmama Hərəkatı yarandığı dövrdə olduğu kimi bu gün də dünyada sülh və sabitlik aktualdır: "Koronavirus uzunmüddətli mənfi təsirlərə səbəb olub. İqtisadi çətinliklər də artıb, yoxsul ölkələr bundan daha çox əziyyət çəkib. Peyvəndlər, qoruyucu vasitələrlə bağlı bu ölkələrdə böyük çətinliklər müşahidə olundu. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqlər artdı. Bununla belə, beynəlxalq təşkilatlar inkişaf etməkdə olan ölkələrə dəstək verirdilər". Jelka Tsviyanoviç qeyd edib ki, silahlı münaqişələr, geosiyasi rəqabət yönündə yeni problemlər ortaya çıxıb: "Çağırışlar və çətinliklər azalmayıb, yox olmayıb. Buna görə də inanıram ki, bu Zirvə Görüşü ilə beynəlxalq ictimaiyyətin postpandemiya və bərpa prosesinə diqqətini daha da artıra bilərik". Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri nəzərə çatdırıb ki, dialoqa və siyasətə qalib gələn silahlı münaqişələr və təzadlar var: "Müharibələrin hansı nəticələrə səbəb olduğunu görürük. Ukraynada və digər münaqişələrdə minlərlə insanlar qətlə yetirilir. Müharibələrin olmaması çox önəmlidir. Sülh və birgə yaşamaq imkanı, qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət yenə önəmlidir. Mən Bosniya və Herseqovinada da bunu təşviq edirəm". Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri qeyd edib ki, qlobal bir düzənin elə böhranda olması böyük çətinliklər yaradır: "Qoşulmama Hərəkatı qarşılıqlı hörmət və ikitərəfli münasibətlər baxımından beynəlxalq düzəndə güclü tədbirlər görməlidir. Müxtəlif çağırışlar var. İnanıram ki, biz bir yerdə ibrətli qənaətlərə gələ bilərik".
https://sputnik.az/20230302/turkmenistan-prezidenti-qosulmama-herekati-humanizmi-edaleti-ve-beraberliyi-teblig-edir-452308918.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452301667_78:0:922:633_1920x0_80_0_0_fa4ea983ee7dba366b9f85b144d30f59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, qoşulmama hərəkatı
azərbaycan, qoşulmama hərəkatı
Qlobal bir düzənin böhranda olması böyük çətinliklər yaradır - Jelka Tsviyanoviç
14:45 02.03.2023 (Yenilənib: 15:09 02.03.2023) Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri deyib ki, Qoşulmama Hərəkatı yarandığı dövrdə olduğu kimi bu gün də dünyada sülh və sabitlik aktualdır.
BAKI, 2 mart — Sputnik. "Dəvətə görə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm".
Bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç bildirib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri deyib ki, Qoşulmama Hərəkatı yarandığı dövrdə olduğu kimi bu gün də dünyada sülh və sabitlik aktualdır:
"Koronavirus uzunmüddətli mənfi təsirlərə səbəb olub. İqtisadi çətinliklər də artıb, yoxsul ölkələr bundan daha çox əziyyət çəkib. Peyvəndlər, qoruyucu vasitələrlə bağlı bu ölkələrdə böyük çətinliklər müşahidə olundu. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqlər artdı. Bununla belə, beynəlxalq təşkilatlar inkişaf etməkdə olan ölkələrə dəstək verirdilər".
Jelka Tsviyanoviç qeyd edib ki, silahlı münaqişələr, geosiyasi rəqabət yönündə yeni problemlər ortaya çıxıb: "Çağırışlar və çətinliklər azalmayıb, yox olmayıb. Buna görə də inanıram ki, bu Zirvə Görüşü ilə beynəlxalq ictimaiyyətin postpandemiya və bərpa prosesinə diqqətini daha da artıra bilərik".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri nəzərə çatdırıb ki, dialoqa və siyasətə qalib gələn silahlı münaqişələr və təzadlar var: "Müharibələrin hansı nəticələrə səbəb olduğunu görürük. Ukraynada və digər münaqişələrdə minlərlə insanlar qətlə yetirilir. Müharibələrin olmaması çox önəmlidir. Sülh və birgə yaşamaq imkanı, qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət yenə önəmlidir. Mən Bosniya və Herseqovinada da bunu təşviq edirəm".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri qeyd edib ki, qlobal bir düzənin elə böhranda olması böyük çətinliklər yaradır: "Qoşulmama Hərəkatı qarşılıqlı hörmət və ikitərəfli münasibətlər baxımından beynəlxalq düzəndə güclü tədbirlər görməlidir. Müxtəlif çağırışlar var. İnanıram ki, biz bir yerdə ibrətli qənaətlərə gələ bilərik".