https://sputnik.az/20230302/lavrov-dehlide-g20-xarici-isler-nazirlerinin-gorusune-qatilib-452303983.html
Lavrov Dehlidə G20 xarici işlər nazirlərinin görüşünə qatılıb
Lavrov Dehlidə G20 xarici işlər nazirlərinin görüşünə qatılıb
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar qarşılayıb 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T12:10+0400
2023-03-02T12:10+0400
2023-03-02T12:10+0400
azərbaycan və rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
g20
hindistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230597_0:0:3072:1728_1920x0_80_0_0_f4b94356d4a8b78d0dc15aa4bfd0dac3.jpg
BAKI, 2 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin görüşünə (XİNG) qatılmaq məqsədilə Hindistana gedib. Onu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar qarşılayıb. Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında rusiyalı nazirin gəlişinin videosunu yayıb. Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin görüşünə əvvəlcə ABŞ dövlət katibi Entoni Blinken, daha sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gəlib. Tədbir Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Meksika və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri görüş zalında Sergey Lavrovun yanında oturublar. ABŞ dövlət katibi Entoni Blinken eyni masada, amma o biri tərəfdən oturub. Bundan əvvəl martın 1-də Rusiya və Hindistanın xarici işlər nazirləri Sergey Lavrov və Subramanyam Cayşankarın Yeni Dehlidəki danışıqlar zamanı ikitərəfli əməkdaşlıq və G20 gündəliyini müzakirə etdikləri barədə xəbər verilmişdi. Tərəflər, həmçinin, bəyan ediblər ki, Rusiya və Hindistan suveren dövlətlərə qarşı qeyri-legitim birtərəfli sanksiyaların və şantajın ardıcıl əleyhdarlarıdırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230597_256:0:2987:2048_1920x0_80_0_0_0f0a5c3275cb053e28f29023482ac219.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, g20, hindistan
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, g20, hindistan
Lavrov Dehlidə G20 xarici işlər nazirlərinin görüşünə qatılıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar qarşılayıb
BAKI, 2 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin görüşünə (XİNG) qatılmaq məqsədilə Hindistana gedib. Onu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar qarşılayıb.
Departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında rusiyalı nazirin gəlişinin videosunu yayıb.
Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin görüşünə əvvəlcə ABŞ dövlət katibi Entoni Blinken, daha sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov gəlib. Tədbir Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Meksika və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri görüş zalında Sergey Lavrovun yanında oturublar. ABŞ dövlət katibi Entoni Blinken eyni masada, amma o biri tərəfdən oturub.
Bundan əvvəl martın 1-də Rusiya və Hindistanın xarici işlər nazirləri Sergey Lavrov və Subramanyam Cayşankarın Yeni Dehlidəki danışıqlar zamanı ikitərəfli əməkdaşlıq və G20 gündəliyini müzakirə etdikləri barədə xəbər verilmişdi. Tərəflər, həmçinin, bəyan ediblər ki, Rusiya və Hindistan suveren dövlətlərə qarşı qeyri-legitim birtərəfli sanksiyaların və şantajın ardıcıl əleyhdarlarıdırlar.