https://sputnik.az/20230302/azerbaycanda-4-cu-ildir-ki-qizilcaya-yoluxma-qeyde-alinmayib---ust-neden-narahatdir-452280647.html
Azərbaycanda 4-cü ildir ki, qızılcaya yoluxma qeydə alınmayıb - ÜST nədən narahatdır?
Azərbaycanda 4-cü ildir ki, qızılcaya yoluxma qeydə alınmayıb - ÜST nədən narahatdır?
Sputnik Azərbaycan
Afaq Əliyeva bildirib ki, qızılcaya yoluxma riskinin qarşısını almaq üçün mütləq şəkildə vaksinasiya tədbirləri davam etdirilməli, peyvənddən kənar qalanlar... 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T09:29+0400
2023-03-02T09:29+0400
2023-03-02T09:29+0400
cəmiyyət
qızılca
xəstəlik
yoluxma
azərbaycan
üst
https://cdnn1.img.sputnik.az/img/42367/75/423677510_0:201:3209:2006_1920x0_80_0_0_3bda79fa8626d8f21b923dfff756a328.jpg
BAKI, 2 mart — Sputnik. Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. ÜST bəyan edib ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb. ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə qızılca xəstəliyi yoxdur. Bununla belə, A.Əliyeva bildirib ki, Azərbaycanda qızılcaya yoluxma təhlükəsi hər zaman var.Onun sözlərinə görə, qızılcaya yoluxma riskinin qarşısını almaq üçün mütləq şəkildə vaksinasiya tədbirləri davam etdirilməli, peyvənddən kənar qalanlar qızılcaya qarşı vaksin olunmalıdırlar:A.Əliyeva bildirib ki, qızılcaya qarşı peyvənd olunan şəxslərin bu xəstəliyə yoluxma riski yoxdur. Onun sözlərinə görə, çox nadir hallarda qızılcaya qarşı peyvənd olunmuş şəxs bu xəstəliyə yoluxa bilər:O qeyd edib ki, ölkəmizdə qızılcaya qarşı aparılan təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi sayəsində xəstəliyin yayılmasının qarşısı alınıb.Direktor müavini onu da deyib ki, ölkəmizdə qızılcaya yoluxma 2013 və 2019-cu ildə daha çox qeydə alınıb. Onun sözlərinə görə, peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. O qeyd edib ki, valideynlər uşaqlarını vaksindən kənarda saxlamamalıdırlar. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/75/423677510_480:0:3209:2047_1920x0_80_0_0_de5dfb7a4978577d9a0c0e7706a866df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, xəstəlik, yoluxma, azərbaycan, üst
qızılca, xəstəlik, yoluxma, azərbaycan, üst
Azərbaycanda 4-cü ildir ki, qızılcaya yoluxma qeydə alınmayıb - ÜST nədən narahatdır?
Afaq Əliyeva bildirib ki, qızılcaya yoluxma riskinin qarşısını almaq üçün mütləq şəkildə vaksinasiya tədbirləri davam etdirilməli, peyvənddən kənar qalanlar qızılcaya qarşı vaksin olunmalıdırlar.
BAKI, 2 mart — Sputnik. Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. ÜST bəyan edib ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb. ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə qızılca xəstəliyi yoxdur. Bununla belə, A.Əliyeva bildirib ki, Azərbaycanda qızılcaya yoluxma təhlükəsi hər zaman var.
Onun sözlərinə görə, qızılcaya yoluxma riskinin qarşısını almaq üçün mütləq şəkildə vaksinasiya tədbirləri davam etdirilməli, peyvənddən kənar qalanlar qızılcaya qarşı vaksin olunmalıdırlar:
"Son illər Azərbaycanda COVID-19 pandemiyası səbəbindən peyvəndləmə ilə əhatə göstəriciləri bir qədər aşağı olub. Bununla əlaqədar olaraq peyvəndlərlə qarşısı alına bilən infeksiyalardan, o cümlədən qızılca xəstəliyindən qorunmanı təmin etmək üçün uşaqların profilaktik peyvənd təqviminə uyğun immunizasiyaya cəlb edilmələri vacibdir".
A.Əliyeva bildirib ki, qızılcaya qarşı peyvənd olunan şəxslərin bu xəstəliyə yoluxma riski yoxdur. Onun sözlərinə görə, çox nadir hallarda qızılcaya qarşı peyvənd olunmuş şəxs bu xəstəliyə yoluxa bilər:
"Vaksin qızılcaya yoluxmadan demək olar ki, 100 faiz qoruyur. Peyvənd olunan neçə min şəxs arasından bir nəfər bu xəstəliyə yoluxa bilər. Ona görə biz uşaqların peyvəndlə əhatəsini artırmaq istəyirik ki, qonşu ölkələrdə bu xəstəlik yayıldıqda bizə keçməsin".
O qeyd edib ki, ölkəmizdə qızılcaya qarşı aparılan təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi sayəsində xəstəliyin yayılmasının qarşısı alınıb.
Direktor müavini onu da deyib ki, ölkəmizdə qızılcaya yoluxma 2013 və 2019-cu ildə daha çox qeydə alınıb.
"2019-cu ilin fevral-mart aylarında Azərbaycanda qızılca xəstəliyində alovlanma müşahidə olunub. 2019-cü ilin iyul ayından başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Artıq dörd ildir ki, bu xəstəliyə yoluxma halı baş verməyib", - deyə A.Əliyeva bildirib.
Onun sözlərinə görə, peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. O qeyd edib ki, valideynlər uşaqlarını vaksindən kənarda saxlamamalıdırlar.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.