Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin Cənubi Qafqaza müdaxilə etmək cəhdləri münaqişənin həlli üçün deyil - Zaxarova

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 01.03.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, əksinə kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır.
BAKI, 1 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyası ilə birgə hazırlanmış sülh təşəbbüslərinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

"Bu regionu sözün əsl mənasında əsas region adlandırmaq olar. Orada tərəflərin Rusiya ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var", - o, Sputnik radiosunun efirində deyib.

Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etmək cəhdlərini kobudluq adlandırıb. Onun fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlər üçün yürüdülür.

"Təəssüf ki, biz uzun illərdir ki, belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - diplomat əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, əksinə kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır.
"Heç kim deyə bilməz ki, kollektiv Qərbin harada ayağı, əli və ya düşüncəsi var idisə, ora daha yaxşı vəziyyətə gəlib", - Zaxarova bildirib.
Fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransı zamanı qeyd edib ki, Ermənistanda Avropa İttifaqı tərəfindən irəli sürülən qondarma mülki missiya onun legitimliyi baxımından bir çox suallar doğurur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0