https://sputnik.az/20230301/andronova-azerbaycanin-dunyanin-en-boyuk-neqliyyat-merkezi-olmaq-ucun-her-cur-sansi-var-452268274.html
Andronova: Azərbaycanın dünyanın ən böyük nəqliyyat mərkəzi olmaq üçün hər cür şansı var
Andronova: Azərbaycanın dünyanın ən böyük nəqliyyat mərkəzi olmaq üçün hər cür şansı var
Sputnik Azərbaycan
Rusiyalı ekspert ötən ilin fevralında Müttəfiq Əməkdaşlıq haqqında Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Rusiya Federasiyası arasında... 01.03.2023, Sputnik Azərbaycan
2023-03-01T12:59+0400
2023-03-01T12:59+0400
2023-03-01T12:59+0400
rusiya
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426621344_0:0:1920:1080_1920x0_80_0_0_113d09940c1aa225911161ddf6aefe54.jpg
BAKI, 1 mart — Sputnik. Azərbaycanın nəqliyyat axınlarının yenidən bölüşdürülməsi nəticəsində dünyanın ən böyük nəqliyyat mərkəzi olmaq üçün hər şansı var. Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisadçı İnna Andronova Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasındakı fasilə zamanı "Sputnik Azərbaycan"a verdiyi müsahibəsində bildirib. İqtisadçı ekspert hesab edir ki, nəqliyyat dəhlizlərinin, xüsusən də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin düzgün və birgə inkişafı ilə Xəzər dənizinin yükdaşımalarda rolu daha da artacaq. "Üstəlik, bu, təkcə avtomobil nəqliyyatı deyil, həm də Xəzərdən keçən su nəqliyyatıdır. Nəqliyyat dəhlizlərinin birgə inkişafı ilə Xəzər dənizi də bir vaxtlar Aralıq dənizi kimi, çoxqütblü dünyanın nüvələrindən birinə çevrilə bilər. Əgər dünya ticarətinin xəritəsinə nəzər salsanız, Xəzər, demək olar ki, orada yoxdur, lakin bu vəziyyəti dəyişmək olar və bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur", - deyə Rusiya Universitetinin professoru bildirib. Bakı ilə Moskva arasındakı ticarət əlaqələrində Moskva bəyannaməsinin rolu Andronovanın sözlərinə görə, Bəyannamədə iqtisadiyyata xüsusi diqqət yetirilir. "Yalnız cəmi bir abzas var, lakin bu, son dərəcə vacibdir, çünki Bəyannamədə deyilir ki, həm Rusiya, həm də Azərbaycan 2018-ci ildə qəbul edilmiş yol xəritələrini hərtərəfli inkişaf etdirəcək. Bunlar bizim bütün iqtisadi əməkdaşlığımızı əhatə edən altı yol xəritəsidir. Deyə bilərəm ki, ki, bu sahələrdə işlər kifayət qədər uğurla aparılır", - deyə iqtisadçı sözünə davam edib. İqtisadçı misal kimi artan ticarət dövriyyəsini, xüsusən də Azərbaycanın Rusiyaya ixracını göstərib. Belə ki, Azərbaycanın qeyri-neft ixracının demək olar ki, 43%-i Rusiya Federasiyasının payına düşür ki, bu da həm Azərbaycan, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Rusiya SSRİ-nin dağılmasından sonrakı dövrdə əsasən Qərb şirkətlərinin üstünlük təşkil etdiyi qaz xidməti bazarını sanksiyalar siyasəti şəraitində inkişaf etdirməyə başlayıb. İqtisadçının fikrincə, Azərbaycan da bu istiqamətdə işlərə qoşula bilər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində qeyri-neft əməkdaşlığının perspektivləri var.Rusiya və Azərbaycan ölkələri qlobal bazarda təmsil edəcək birgə iri aqrar-sənaye korporasiyasının yaradılması layihəsi çərçivəsində də əməkdaşlıq edə bilərlər. "Qlobal kənd təsərrüfatı bazarı transmilli korporasiyanın bazarıdır", - deyə professor izah edib. Onun sözlərinə görə, nə Rusiyada, nə də Azərbaycanda belə güclü şirkətlər yoxdur, bu, ikitərəfli əməkdaşlığın mühüm sahəsinə çevrilə bilər. Bundan başqa, ölkələr arasında Azərbaycanda istehsalın, o cümlədən avtomobil sənayesinin yaradılması və inkişafı ilə bağlı "yol xəritəsi" imzalanıb. "Bu həm də onu deməyə əsas verir ki, iqtisadi əlaqələr əməkdaşlığın əsasına çevriləcək. Ona görə də hər bir dövlətin əsas vəzifəsi əhalinin rifahını təmin etməkdir. Qeyd etdiyim əməkdaşlıq sahələri, ilk növbədə, iqtisadi artıma, əhalinin məşğulluğu və rifahının təmin edilməsinə təsir edən amillərdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426621344_240:0:1680:1080_1920x0_80_0_0_79c94baf9d3d301302eff83178a67c98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
rusiya, azərbaycan
Andronova: Azərbaycanın dünyanın ən böyük nəqliyyat mərkəzi olmaq üçün hər cür şansı var
Rusiyalı ekspert ötən ilin fevralında Müttəfiq Əməkdaşlıq haqqında Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın səviyyəsini dəyərləndirib.
BAKI, 1 mart — Sputnik. Azərbaycanın nəqliyyat axınlarının yenidən bölüşdürülməsi nəticəsində dünyanın ən böyük nəqliyyat mərkəzi olmaq üçün hər şansı var.
Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisadçı İnna Andronova Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclasındakı fasilə zamanı "Sputnik Azərbaycan"a verdiyi müsahibəsində bildirib.
"Azərbaycanın dünyanın ən böyük nəqliyyat qovşağına çevrilmək üçün hər cür şansı var, çünki tarix boyu elə alınıb ki, bütün nəqliyyat axınları yenidən bölüşdürülür – Rusiyaya gedənlər və Rusiyaya gelənlər", - deyə Andronova qeyd edib.
İqtisadçı ekspert hesab edir ki, nəqliyyat dəhlizlərinin, xüsusən də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin düzgün və birgə inkişafı ilə Xəzər dənizinin yükdaşımalarda rolu daha da artacaq.
"Üstəlik, bu, təkcə avtomobil nəqliyyatı deyil, həm də Xəzərdən keçən su nəqliyyatıdır. Nəqliyyat dəhlizlərinin birgə inkişafı ilə Xəzər dənizi də bir vaxtlar Aralıq dənizi kimi, çoxqütblü dünyanın nüvələrindən birinə çevrilə bilər. Əgər dünya ticarətinin xəritəsinə nəzər salsanız, Xəzər, demək olar ki, orada yoxdur, lakin bu vəziyyəti dəyişmək olar və bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur", - deyə Rusiya Universitetinin professoru bildirib.
Bakı ilə Moskva arasındakı ticarət əlaqələrində Moskva bəyannaməsinin rolu
Andronovanın sözlərinə görə, Bəyannamədə iqtisadiyyata xüsusi diqqət yetirilir.
"Yalnız cəmi bir abzas var, lakin bu, son dərəcə vacibdir, çünki Bəyannamədə deyilir ki, həm Rusiya, həm də Azərbaycan 2018-ci ildə qəbul edilmiş yol xəritələrini hərtərəfli inkişaf etdirəcək. Bunlar bizim bütün iqtisadi əməkdaşlığımızı əhatə edən altı yol xəritəsidir. Deyə bilərəm ki, ki, bu sahələrdə işlər kifayət qədər uğurla aparılır", - deyə iqtisadçı sözünə davam edib.
İqtisadçı misal kimi artan ticarət dövriyyəsini, xüsusən də Azərbaycanın Rusiyaya ixracını göstərib. Belə ki, Azərbaycanın qeyri-neft ixracının demək olar ki, 43%-i Rusiya Federasiyasının payına düşür ki, bu da həm Azərbaycan, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.
"İqtisadiyyatlarımızın bir-birinə bağlı olması vacibdir və bu əlaqə qeyri-neft sektorlarında artmaqdadır. Üstəlik, iki ölkə arasında bu sahədə əməkdaşlıq çox perspektivlidir", - deyə ekspert əlavə edib.
Belə ki, Rusiya SSRİ-nin dağılmasından sonrakı dövrdə əsasən Qərb şirkətlərinin üstünlük təşkil etdiyi qaz xidməti bazarını sanksiyalar siyasəti şəraitində inkişaf etdirməyə başlayıb. İqtisadçının fikrincə, Azərbaycan da bu istiqamətdə işlərə qoşula bilər.
Bundan əlavə, kənd təsərrüfatı sahəsində qeyri-neft əməkdaşlığının perspektivləri var.
"Bu, təkcə ixrac və idxal deyil, həm də kənd təsərrüfatı məhsullarının dərindən emalı üçün birgə imkanların yaradılmasıdır", - deyə Andronova vurğulayıb.
Rusiya və Azərbaycan ölkələri qlobal bazarda təmsil edəcək birgə iri aqrar-sənaye korporasiyasının yaradılması layihəsi çərçivəsində də əməkdaşlıq edə bilərlər. "Qlobal kənd təsərrüfatı bazarı transmilli korporasiyanın bazarıdır", - deyə professor izah edib.
Onun sözlərinə görə, nə Rusiyada, nə də Azərbaycanda belə güclü şirkətlər yoxdur, bu, ikitərəfli əməkdaşlığın mühüm sahəsinə çevrilə bilər.
Bundan başqa, ölkələr arasında Azərbaycanda istehsalın, o cümlədən avtomobil sənayesinin yaradılması və inkişafı ilə bağlı "yol xəritəsi" imzalanıb.
"Bu həm də onu deməyə əsas verir ki, iqtisadi əlaqələr əməkdaşlığın əsasına çevriləcək. Ona görə də hər bir dövlətin əsas vəzifəsi əhalinin rifahını təmin etməkdir. Qeyd etdiyim əməkdaşlıq sahələri, ilk növbədə, iqtisadi artıma, əhalinin məşğulluğu və rifahının təmin edilməsinə təsir edən amillərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.