https://sputnik.az/20230228/cin-xn-i-abs-in-cin-sirketlerine-tetbiq-etdiyi-sanksiyalara-etiraz-edib-452183519.html
Çin XİN-i ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyalara etiraz edib
Çin XİN-i ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyalara etiraz edib
Sputnik Azərbaycan
Mao Nin bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T08:37+0400
2023-02-28T08:37+0400
2023-02-28T08:37+0400
çin
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_0:160:3073:1888_1920x0_80_0_0_b9f528e71c0870b51808680184e8fc19.jpg
BAKI, 28 fevral — Sputnik. Çin ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib və buna görə lazımi cavab tədbirləri görəcək. Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib. "Biz bu cür hərəkətlərdən son dərəcə narazıyıq və buna kəskin şəkildə etiraz edirik. Çin, müəssisələrinin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək", - deyə RİA Novosti Mao Ninin sözlərini sitat gətirir. Diplomat qeyd edib ki, bu tədbirlərin "zərrə qədər də hüquqi əsası yoxdur" və BMT Təhlükəsizlik Şurasının razılığını almayıb. Çin XİN-in rəsmi nümayəndəsi bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib. O, həmçinin xatırladıb ki, Pekin Ukrayna münaqişəsinin siyasi həllinin tərəfdarıdır, münaqişə tərəfləri ilə əlaqə saxlayır, ABŞ isə Kiyevə silah verməklə vəziyyətin gərginləşməsinə kömək edir. Mao Nin vurğulayıb ki, Çin hakimiyyətinin mövqeyi böhranın siyasi həlli üçün sülh danışıqlarının təşviqinə əsaslanır. Rusiya Silahlı Qüvvələrinə dəstək verməkdən şübhələnən ABŞ Çinin "HEAD Aerospace Technology Co" və "Spacety Co" şirkətlərinə sanksiyalar tətbiq edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/64/423076440_170:0:2901:2048_1920x0_80_0_0_09a34931060ec1b6213f4fd9e0bfc644.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin
Çin XİN-i ABŞ-ın Çin şirkətlərinə tətbiq etdiyi sanksiyalara etiraz edib
Mao Nin bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib.
BAKI, 28 fevral — Sputnik. Çin ABŞ-ın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib və buna görə lazımi cavab tədbirləri görəcək.
Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Biz bu cür hərəkətlərdən son dərəcə narazıyıq və buna kəskin şəkildə etiraz edirik. Çin, müəssisələrinin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək", - deyə RİA Novosti Mao Ninin sözlərini sitat gətirir.
Diplomat qeyd edib ki, bu tədbirlərin "zərrə qədər də hüquqi əsası yoxdur" və BMT Təhlükəsizlik Şurasının razılığını almayıb. Çin XİN-in rəsmi nümayəndəsi bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib.
O, həmçinin xatırladıb ki, Pekin Ukrayna münaqişəsinin siyasi həllinin tərəfdarıdır, münaqişə tərəfləri ilə əlaqə saxlayır, ABŞ isə Kiyevə silah verməklə vəziyyətin gərginləşməsinə kömək edir. Mao Nin vurğulayıb ki, Çin hakimiyyətinin mövqeyi böhranın siyasi həlli üçün sülh danışıqlarının təşviqinə əsaslanır.
Rusiya Silahlı Qüvvələrinə dəstək verməkdən şübhələnən ABŞ Çinin "HEAD Aerospace Technology Co" və "Spacety Co" şirkətlərinə sanksiyalar tətbiq edib.