https://sputnik.az/20230226/ermenistan-konstruktiv-danisiqlardan-yayinir---azerbaycan-xn-rehberi-452139546.html
Ermənistan konstruktiv danışıqlardan yayınır - Azərbaycan XİN rəhbəri
Ermənistan konstruktiv danışıqlardan yayınır - Azərbaycan XİN rəhbəri
Sputnik Azərbaycan
Nazir bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir. 26.02.2023, Sputnik Azərbaycan
2023-02-26T13:02+0400
2023-02-26T13:02+0400
2023-02-26T13:02+0400
ceyhun bayramov
siyasət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298882_0:0:2924:1645_1920x0_80_0_0_80b54ca0829af9c893d555d1f98e6279.jpg
BAKI, 26 fevral — Sputnik. Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub. Xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsinin qurulması ilə bağlı Azərbaycanın təklifini qəbul etməməklə bağlı erməni həmkarı Ararat Mirzoyanın açıqlamasını şərh edib. Nazir bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298882_193:0:2924:2048_1920x0_80_0_0_22c1b753e6dc819852a43e9059ca34ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, ermənistan
ceyhun bayramov, ermənistan
Ermənistan konstruktiv danışıqlardan yayınır - Azərbaycan XİN rəhbəri
Nazir bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir.
BAKI, 26 fevral — Sputnik. Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır. Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurub.
“İndi, belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”, - nazir qeyd edib.
Xarici işlər naziri Ceyhun Bayramov Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsinin qurulması ilə bağlı Azərbaycanın təklifini qəbul etməməklə bağlı erməni həmkarı Ararat Mirzoyanın açıqlamasını şərh edib.
Nazir bildirib ki, bu məntəqələr yaradılsa, hər kəs görər ki, Laçın yolunda hərəkət üçtərəfli bəyanatın tələblərinə uyğun baş verir.
“Düşünürük ki, beləliklə, bütün bu gərginlik aradan qalxar. Bizim çoxsaylı beynəlxalq tərəfdaşlarla olan işçi müzakirələrimiz zamanı da bu təklif sağlam və konstruktiv təklif kimi qəbul edilib. Ancaq əfsus ki, Münxendə Ermənistan tərəfindən buna cavab verilmədi. Üstündən iki gün keçəndən sonra Ermənistan xarici işlər naziri bu təklifin onlar üçün məqbul olmaması barədə bir açıqlama verdi. Bizə görə bunun bir neçə göstəricisi var. Birincisi odur ki, Ermənistan yoldan sui-istifadə hallarının davam etməsində maraqlıdır. Bu hər kəsdə sual doğurmalıdır. İkinci məqam ondan ibarətdir ki, Ermənistanın yanaşmasında böyük ziddiyyətlər var. Ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən Ermənistan bütün beynəlxalq platformalarda bu istiqaməti gündəmə gətirib Azərbaycana təzyiq etmək istəyir, digər tərəfdən isə Ermənistana konstruktiv dialoq təklif olunan zaman Ermənistan bundan əsassız şəkildə yayınır”, - nazir qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.