https://sputnik.az/20230225/usaqlarda-qulaq-agrilarinin-cox-musahide-edilmesi-ne-ile-elaqedardir-452108150.html
Uşaqlarda qulaq ağrılarının çox müşahidə edilməsi nə ilə əlaqədardır?
Uşaqlarda qulaq ağrılarının çox müşahidə edilməsi nə ilə əlaqədardır?
Sputnik Azərbaycan
Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə... 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T08:05+0400
2023-02-25T08:05+0400
2023-02-25T08:05+0400
uşaq
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/18/452107978_0:200:1920:1280_1920x0_80_0_0_80c2d51dcb15dafd80820ca1922f66f7.jpg
BAKI, 25 fevral — Sputnik. Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması ilə, qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər: "Məsələn, uşağın qulağına xırda əşyaların salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya "qulaq kirinin" keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər". "Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Belə ki, daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər", - deyə o əlavə edib. Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər: "Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/18/452107978_0:0:1707:1280_1920x0_80_0_0_49e6ad50f41dee7c7948c6de9eedcf17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq
Uşaqlarda qulaq ağrılarının çox müşahidə edilməsi nə ilə əlaqədardır?
Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə, mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər.
BAKI, 25 fevral — Sputnik. Qulaq ağrıları pediatriyada tez-tez rast gəlinən bir problemdir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib. Onun sözlərinə görə, bu ağrılar həm travmalar, həm otitlər, həm gigiyenik qaydalara düzgün əməl olunmaması ilə, qulaqda yad cisimlər və s. ilə əlaqədar ola bilər:
"Məsələn, uşağın qulağına xırda əşyaların salması və ya valideynlərin qulağı düzgün təmizləməməsi xarici qulaq keçəcəyinə travmalar törədə bilər. Xarici qulaq keçəcəyində yad cisim və ya "qulaq kirinin" keçəcəyi tutması nəticəsində daxili qulaq və xarici mühit arasında təzyiqlər fərqinin yaranması təbil pərdəsinin gərginləşməsinə və ağrının yaranmasına səbəb ola bilər. Bundan başqa, həm xarici qulaq keçəcəyində (karbunkul, furunkul və s), həm orta qulaqda olan iltihabi proseslər (orta otit), ağrının yaranmasına səbəb ola bilər".
"Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri (qrip və qripəbənzər hallar) zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır. Belə ki, daxili qulağı burun-udlaqla birləşdirən yevstax borusu uşaqlarda üfüqi, geniş, qısa, böyüklərdə isə bir qədər şaquli, dar, uzun olur. Buna görə də burun-udlaqdan infeksiyanın orta qulağa keçib orta otit yaratma ehtimalı uşaqlarda daha çox olur. Bundan başqa burun-udlaqda olan iltihabi proses zamanı yevstax borusu ödəmlə əlaqədar tutula bilər və nəticədə həm qulaq ağrısı, həm effuzion otit (orta qulağa maye yığılması) yarana bilər", - deyə o əlavə edib.
Orta otitlər vaxtında müalicə olunmaması meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə (qusma, ürəkbulanma, başhərlənmə, karlıq və s. ilə səciyyələnir), mastoiditlərə, beyin abseslərinə, sepsisə gətirib çıxara bilər: "Nəzərə alsaq ki, uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər".