https://sputnik.az/20230225/almaniya-iqtisadiyyati-cox-zeifleyib-amma-kiyeve-yardimlari-davam-etdirir-452103642.html
Almaniya iqtisadiyyatı: çox zəifləyib, amma, Kiyevə yardımları davam etdirir
Almaniya iqtisadiyyatı: çox zəifləyib, amma, Kiyevə yardımları davam etdirir
Sputnik Azərbaycan
Almaniyanın statistika idarəsinin məlumatına görə, 2022-ci ilin dördüncü rübündə ÜDM-də azalma 0,4% təşkil edib. 25.02.2023, Sputnik Azərbaycan
2023-02-25T09:02+0400
2023-02-25T09:02+0400
2023-02-25T09:02+0400
almaniya
dünya xəbərləri
rusiya
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444549447_0:160:3072:1888_1920x0_80_0_0_aa0722a15a4d1505486b731d47dfc76d.jpg
BAKI, 25 fevral — Sputnik. Əvvəllər 0,2% azalma proqnozlaşdırıldığına baxmayaraq, 2022-ci ilin dördüncü rübündə ÜDM-də azalma 0,4% təşkil edib. Bu barədə Almaniyanın statistika idarəsi məlumat verib. "ÜDM dördüncü rübdə üçüncü rüblə müqayisədə ... 0,4% azalıb. Almaniya statistika idarəsinin (Destatis) məlumatına görə, o, bununla da 30 yanvar 2023-cü il üçün ilkin proqnozda təqdim edildiyindən 0,2% aşağı düşüb", - agentliyin saytında belə deyilir. Bildirilir ki, "Almaniya iqtisadiyyatının dinamikası ilin sonuna kimi xeyli zəifləyib". 2022-ci ildə ÜDM-in artımı əvvəlki illə müqayisədə 1,8% təşkil edib. Kiyevə yardımlar isə, heç nəyə baxmayaraq, davam edir Almaniya 12 ayda Kiyevə 14 milyard avrodan çox yardım edib, söhbət humanitar yardım, birbaşa ödənişlər və silah tədarükündən gedir. Bunu Almaniya hökuməti bildirib. "Almaniyanın mövqeyi bəllidir, biz Ukraynanı dəstəkləyəcəyik" deyə federal kansler Olaf Şolts bəyan edib. "2022-ci il fevralın 24-dən etibarən Almaniya Ukraynaya artıq humanitar yardım, birbaşa ödənişlər və silah şəklində 14 milyard avrodan çox yardım edib ", - Almaniya hökumətinin saytında yer alan məlumatda belə deyilir. Xatırladaq ki, Rusiya Federasiyası Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, o cümlədən təkcə silah tədarükü deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanmasında birbaşa iştirak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444549447_171:0:2902:2048_1920x0_80_0_0_368c7b906cfc6d8f372a9e70481887ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, rusiya, kiyev
Almaniya iqtisadiyyatı: çox zəifləyib, amma, Kiyevə yardımları davam etdirir
Almaniyanın statistika idarəsinin məlumatına görə, 2022-ci ilin dördüncü rübündə ÜDM-də azalma 0,4% təşkil edib.
BAKI, 25 fevral — Sputnik. Əvvəllər 0,2% azalma proqnozlaşdırıldığına baxmayaraq, 2022-ci ilin dördüncü rübündə ÜDM-də azalma 0,4% təşkil edib.
Bu barədə Almaniyanın statistika idarəsi məlumat verib.
"ÜDM dördüncü rübdə üçüncü rüblə müqayisədə ... 0,4% azalıb. Almaniya statistika idarəsinin (Destatis) məlumatına görə, o, bununla da 30 yanvar 2023-cü il üçün ilkin proqnozda təqdim edildiyindən 0,2% aşağı düşüb", - agentliyin saytında belə deyilir.
Bildirilir ki, "Almaniya iqtisadiyyatının dinamikası ilin sonuna kimi xeyli zəifləyib". 2022-ci ildə ÜDM-in artımı əvvəlki illə müqayisədə 1,8% təşkil edib.
Kiyevə yardımlar isə, heç nəyə baxmayaraq, davam edir
Almaniya 12 ayda Kiyevə 14 milyard avrodan çox yardım edib, söhbət humanitar yardım, birbaşa ödənişlər və silah tədarükündən gedir.
Bunu Almaniya hökuməti bildirib.
"Almaniyanın mövqeyi bəllidir, biz Ukraynanı dəstəkləyəcəyik" deyə federal kansler Olaf Şolts bəyan edib. "2022-ci il fevralın 24-dən etibarən Almaniya Ukraynaya artıq humanitar yardım, birbaşa ödənişlər və silah şəklində 14 milyard avrodan çox yardım edib ", - Almaniya hökumətinin saytında yer alan məlumatda belə deyilir.
Xatırladaq ki, Rusiya Federasiyası Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, içində Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır".
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərbdən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə, o cümlədən təkcə silah tədarükü deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanmasında birbaşa iştirak edir.