Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Özbəkistan və Azərbaycan hökumətləri arasında saziş imzalanıb

© Photo : President of the Republic of UzbekistanПрезидент Республики Узбекистан Шавкат Мирзиёев принял министра экономики Азербайджана, сопредседателя двусторонней Межправительственной комиссии Микаила Джаббарова
Президент Республики Узбекистан Шавкат Мирзиёев принял министра экономики Азербайджана, сопредседателя двусторонней Межправительственной комиссии Микаила Джаббарова
 - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Daşkənddə baş tutan forum çərçivəsində investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, mədənçıxarma və şərabçılıq sahələrində 11 sənəd imzalanacaq.
BAKI, 24 fevral — Sputnik. Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində iki ölkə arasında 500 milyon ABŞ dolları dəyərində birgə investisiya fondunun yaradılmasına dair hökumətlərarası saziş imzalanıb.
Sənədləri Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.
Daşkənddə baş tutan forum çərçivəsində investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, mədənçıxarma və şərabçılıq sahələrində 11 sənəd imzalanacaq.
Kudratovun sözlərinə görə, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılmalıdır.
"Biz qarşıya yeni vəzifə qoymuşuq - beş il ərzində qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdıraq", - Özbəkistanın naziri forumda deyib.
Onun fikrincə, bu, xüsusən də hər iki dövlətin bazarlarına tələb olunan məhsulların tədarükünü artırmaqla üçüncü ölkələrdən bahalı idxalın aktiv şəkildə əvəzlənməsi hesabına mümkün olacaq.
Nazir əlavə edib ki, beləliklə, Özbəkistan Azərbaycandan idxalı 500 milyon dollara, ixracı isə 600 milyon dollara çatdıra bilər.
Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər naziri Bəxtiyer Saidovun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
"Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, bu gün bizim praktiki əməkdaşlığımız getdikcə inkişaf edir və daha çox sahələri əhatə edir. Tarixdə ilk dəfə olaraq ticarət dövriyyəmiz 2017-ci illə müqayisədə 6 dəfə artıb", - Saidov bildirib.
O, həmçinin əlavə edib ki, avtomobil sənayesi, energetika, neft-kimya, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələr uğurla həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycanın Füzuli şəhərində Özbəkistan tərəfindən tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək.
Saidov onu da qeyd edib ki, bu təhsil ocağı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.
Xəbər lenti
0