https://sputnik.az/20230224/nurofen-parasetamolun-tapilmamasinin-sebebi-belli-oldu-452100792.html
“Nurofen”, “Parasetamol”un tapılmamasının səbəbi bəlli oldu
“Nurofen”, “Parasetamol”un tapılmamasının səbəbi bəlli oldu
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov “Nurofen”, “Parasetamol” kimi... 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T14:09+0400
2023-02-24T14:09+0400
2023-02-24T14:09+0400
dərman
səhiyyə
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_0:0:3071:1728_1920x0_80_0_0_e0904b8fe182a92db60604ee8da1d54c.jpg
BAKI, 24 fevral — Sputnik. Dərman vasitələrinin aktiv və passiv fazası olur. Həm mövsümdən, həm də xəstəliklərin çoxalıb-azalmasından asılı olaraq, müəyyən dərman vasitələrinin apteklərdə azlığı və yaxud bəzi vaxtlarda olmaması müşahidə oluna bilər. Bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, indiki vaxtda həm müharibə, həm enerji daşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına səbəb olur: “Eyni zamanda, müharibə ilə əlaqədar olaraq logistik yolların dəyişməsi qlobal təchizat sistemində qırılmalara səbəb olub. COVID-19 hələ başa çatmayıb, bununla yanaşı, təkcə bizim ölkədə yox, bütün ölkələrdə eyni vaxtda respirator xəstəliklərin artması istehlakçılar tərəfindən istehsal olunan bu tip dərmanların çatdırılmasında problem yaradıb. Yəni həm istehlak dəfələrlə artdığına, həm də istehsalda yaranan axsamalara görə, bu problem yaşanır". "Digər bir məsələ də bəzən dərman vasitələrinin ticarət adı ilə reseptə yazılmasıdır. Bu zaman xəstələr hansısa ticarət adı ilə yazılmış dərmanı tapmaqda çətinlik çəkirlər. Halbuki digər ölkələrin istehsalı olan təsiredici maddələr eyni, həmçinin müxtəlif qiymətdə olan dövlət qeydiyyatından keçmiş digər dərman vasitələri olur. Bu zaman da istehlakçılar ticarət adı ilə tapa bilmədiyinə görə, elə bilirlər ki, dərman yoxdur”, - deyə o əlavə edib. Şöbə müdiri “Nurofen”, “Parasetamol” kimi uşaqlar üçün qızdırmasalıcı siropların apteklərdə tapılmamasına da münasibət bildirib. O qeyd edib ki, son zamanlar respirator xəstəliklər artıb: “Sözügedən dərmanların idxalolunma rəqəmlərinə baxdığımız zaman əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə ciddi bir fərq olmadığını görürük. Sadəcə əvvəldə qeyd etdiyimiz məsələlərə görə, bu cür hallar yaşanır. Adıçəkilən preparatlar son dəfə fevral ayında idxal olunub və hazırda apteklərdə var” (apa).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_257:0:2988:2048_1920x0_80_0_0_326647cc5c238ccc3007efca2f53ef1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, covid-19
“Nurofen”, “Parasetamol”un tapılmamasının səbəbi bəlli oldu
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov “Nurofen”, “Parasetamol” kimi uşaqlar üçün qızdırmasalıcı siropların apteklərdə tapılmamasına da münasibət bildirib.
BAKI, 24 fevral — Sputnik. Dərman vasitələrinin aktiv və passiv fazası olur. Həm mövsümdən, həm də xəstəliklərin çoxalıb-azalmasından asılı olaraq, müəyyən dərman vasitələrinin apteklərdə azlığı və yaxud bəzi vaxtlarda olmaması müşahidə oluna bilər.
Bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, indiki vaxtda həm müharibə, həm enerji daşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına səbəb olur:
“Eyni zamanda, müharibə ilə əlaqədar olaraq logistik yolların dəyişməsi qlobal təchizat sistemində qırılmalara səbəb olub. COVID-19 hələ başa çatmayıb, bununla yanaşı, təkcə bizim ölkədə yox, bütün ölkələrdə eyni vaxtda respirator xəstəliklərin artması istehlakçılar tərəfindən istehsal olunan bu tip dərmanların çatdırılmasında problem yaradıb. Yəni həm istehlak dəfələrlə artdığına, həm də istehsalda yaranan axsamalara görə, bu problem yaşanır".
"Digər bir məsələ də bəzən dərman vasitələrinin ticarət adı ilə reseptə yazılmasıdır. Bu zaman xəstələr hansısa ticarət adı ilə yazılmış dərmanı tapmaqda çətinlik çəkirlər. Halbuki digər ölkələrin istehsalı olan təsiredici maddələr eyni, həmçinin müxtəlif qiymətdə olan dövlət qeydiyyatından keçmiş digər dərman vasitələri olur. Bu zaman da istehlakçılar ticarət adı ilə tapa bilmədiyinə görə, elə bilirlər ki, dərman yoxdur”, - deyə o əlavə edib.
Şöbə müdiri “Nurofen”, “Parasetamol” kimi uşaqlar üçün qızdırmasalıcı siropların apteklərdə tapılmamasına da münasibət bildirib. O qeyd edib ki, son zamanlar respirator xəstəliklər artıb:
“Sözügedən dərmanların idxalolunma rəqəmlərinə baxdığımız zaman əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə ciddi bir fərq olmadığını görürük. Sadəcə əvvəldə qeyd etdiyimiz məsələlərə görə, bu cür hallar yaşanır. Adıçəkilən preparatlar son dəfə fevral ayında idxal olunub və hazırda apteklərdə var” (apa).