https://sputnik.az/20230224/hansi-muellimlerin-maaslari-artirilib---nazirlikden-aciqlama-452098892.html
Hansı müəllimlərin maaşları artırılıb? - Nazirlikdən açıqlama
Hansı müəllimlərin maaşları artırılıb? - Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Cəsarət Valehov bildirib ki, 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin isə 10 faiz həcmində artırılır. 24.02.2023, Sputnik Azərbaycan
2023-02-24T13:06+0400
2023-02-24T13:06+0400
2023-02-24T13:09+0400
müəllim
təhsil
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120748_0:0:1500:844_1920x0_80_0_0_43bab31d281366680ca3fa1fa93602be.jpg
BAKI, 24 fevral — Sputnik. Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Prezidentin digər Sərəncamına əsasən isə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar sertifikatlaşmadan keçən müəllimlərə də şamil ediləcək: "Bu, növbəti müddət ərzində əlavə artıma səbəb olacaq. 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin isə 10 faiz həcmində artırılır". Qeyd edək ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub. 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib. Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub. Sertifikasiyadan keçən müəllimlər sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə artımı maaşla birgə almışdılar. Xatırladaq ki, 2022-ci il yanvarın 1-dən, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarını təsdiqləmişdi. Həmin qərarla pedaqoji stajı 3 ilə qədər olanlar (ali təhsilli 552 manat, orta ixtisas təhsilli 504 manat), pedaqoji stajı 3 ildən 8 ilə qədər olanlar (ali təhsilli 594 manat, orta ixtisas təhsilli 534 manat), pedaqoji stajı 8 ildən 13 ilə qədər olanlar (ali təhsilli 624 manat, orta ixtisas təhsilli 552 manat), pedaqoji stajı 13 ildən 18 ilə qədər olanlar (ali təhsilli 666 manat, orta ixtisas təhsilli 588 manat), pedaqoji stajı 18 ildən çox olanlar (ali təhsilli 714 manat, orta ixtisas təhsilli 636 manat) müəyyən edilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120748_6:0:1414:1056_1920x0_80_0_0_8af004ed2ac91f7f30194d502439ac71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müəllim
Hansı müəllimlərin maaşları artırılıb? - Nazirlikdən açıqlama
13:06 24.02.2023 (Yenilənib: 13:09 24.02.2023) Cəsarət Valehov bildirib ki, 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin isə 10 faiz həcmində artırılır.
BAKI, 24 fevral — Sputnik. Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezidentin digər Sərəncamına əsasən isə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artımlar sertifikatlaşmadan keçən müəllimlərə də şamil ediləcək: "Bu, növbəti müddət ərzində əlavə artıma səbəb olacaq. 51-dən yuxarı bal toplayan müəllimlərin maaşı 35 faiz, 31-dən yuxarı bal toplayan müıllimlərin isə 10 faiz həcmində artırılır".
Qeyd edək ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub. 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib. Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub. Sertifikasiyadan keçən müəllimlər sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə artımı maaşla birgə almışdılar.
Xatırladaq ki, 2022-ci il yanvarın 1-dən, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarını təsdiqləmişdi. Həmin qərarla pedaqoji stajı 3 ilə qədər olanlar (ali təhsilli 552 manat, orta ixtisas təhsilli 504 manat), pedaqoji stajı 3 ildən 8 ilə qədər olanlar (ali təhsilli 594 manat, orta ixtisas təhsilli 534 manat), pedaqoji stajı 8 ildən 13 ilə qədər olanlar (ali təhsilli 624 manat, orta ixtisas təhsilli 552 manat), pedaqoji stajı 13 ildən 18 ilə qədər olanlar (ali təhsilli 666 manat, orta ixtisas təhsilli 588 manat), pedaqoji stajı 18 ildən çox olanlar (ali təhsilli 714 manat, orta ixtisas təhsilli 636 manat) müəyyən edilmişdi.