Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun tank heyətləri müxtəlif çalışmalar yerinə yetirib

© AR Ministry of DefenceTanklardan müxtəlif çalışmalar yerinə yetirilib
Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - Sputnik Azərbaycan, 1920, 24.02.2023
Abunə olmaq
Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.
BAKI, 24 fevral — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.
Xəbər lenti
0