Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və Rusiya yaxın gələcəkdə liderlər səviyyəsində taxıl sazişini müzakirə edə bilər

© AP PhotoTaxıl yığımı
Taxıl yığımı - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Danışıqların nə vaxt baş tuta biləcəyi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.
BAKI, 20 fevral — Sputnik. Türkiyə və Rusiya Federasiyası yaxın gələcəkdə ən yüksək səviyyədə taxıl sazişini müzakirə edə bilər, lakin hələlik danışıqlar üçün konkret tarix yoxdur. Bu barədə "RİA Novosti"yə sövdələşmə üzrə danışıqlardan xəbərdar mənbə bildirib.

"Liderlər arasında qarşılıqlı etimada əsaslanan əlaqələr qurulub. Taxıl sövdələşməsi mövzusu, bununla bağlı təkliflər daim liderlərin gündəmindədir. Ona görə də ola bilsin ki, liderlər danışıqlarda yaxın gələcəkdə prosesdə yeni komponentin olduğunu nəzərə alaraq bu mövzuya toxunsunlar", - deyə agentliyə xəbər verən mənbə bildirib.

Bu danışıqların nə vaxt baş tuta biləcəyi ilə bağlı sualı cavablandıran mənbə qeyd edib ki, onun "tarixlə bağlı dəqiq məlumatı yoxdur".
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.
Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etməzsə, 120 gün ərzində, yəni 18 mart tarixinə qədər avtomatik uzadılması nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.
Taxıl razılaşmasının özü, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edən paket razılaşmasının tərkib hissəsidir – Moskva, məhz bunun tam yerinə yetirilmədiyini qeyd edib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0