Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı

© Sputnik / Mediabanka keçid Т-72
 Т-72  - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Zaporojye vilayətinin Malinovka, "DXR"in Uqledar və Vodyano yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 sursat anbarı məhv edilib.
BAKI, 20 fevral — Sputnik. Rusiya Silhalı Qüvvələri son sutka ərzində Kupyansk istiqamətində artilleriya atəşi və "Qərb" qoşun qruplaşmasının bölmələrinin fəal hərəkətləri ilə "Luqansk Xalq Respublikası"nın Novoselovsko, Xarkov vilayətinin Masyutovka və Kraxmalno yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvə və texnikası darmadağın edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu istiqamətdə gün ərzində 50-yə qədər ukraynalı hərbçi, bir tank və üç texnika məhv edilib.
Krasno-Limansk istiqamətində "Donetsk Xalq Respublikası"nın Yampolovka, Stelmaxivka və "Luqansk Xalq Respublikası"nın Çervonaya Dibrova qəsəbələri ərazilərində "Mərkəz" qoşunlar qrupunun hava zərbələri, artilleriya atəşi və ağır atəş sistemlərindən endirilmiş zərbələr nəticəsində100-ə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, iki D-30 haubitsası, həmçinin ABŞ istehsalı olan AN/TPQ-37 əks-batareya radarı məhv edilib.
Donetsk istiqamətində uğurlu hücum əməliyyatları zamanı hücum qruplarının könüllüləri Hərbi Hava Desant Qüvvələrinin bölmələri ilə birgə və "Cənub" qoşunlar qrupunun raket və artilleriya qoşunlarının atəş dəstəyi ilə "Donetsk Xalq Respublikası"nın Paraskovievka qəsəbəsi tam azad edilib.
Bu istiqamətdə gün ərzində düşmən 115-dən çox hərbi qulluqçu, bir piyada döyüş maşını, üç zirehli döyüş maşını, iki texnika, iki "Qrad" RYAS qurğusu, bir D-30 haubitsası, bir tank əleyhinə "Rapira" silahı, habelə ABŞ-ın AN/TPQ-36 əks-batareya döyüşləri üçün radar stansiyası zərərsizləşdirilib.
Cənub-Donetsk və Zaporojye istiqamətlərində "Vostok" qüvvələri qrupunun operativ-taktiki aviasiyası və artilleriyası "DXR"in Uqledar, Dobrovolye yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini atəşə tutulub. Bu istiqamətlərdə düşmənin sutka ərzində itkiləri 60 hərbçi, bir tank, iki zirehli döyüş maşını, bir D-20 haubitsası və iki D-30 haubitsası olub.
Bundan əlavə, Zaporojye vilayətinin Malinovka, "DXR"in Uqledar və Vodyano yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 sursat anbarı məhv edilib.
Xerson istiqamətində "Akasiya" özüyeriyən haubitsası, "Qiatsint" qoşqulu silahı, "Qvozdika" özüyeriyən haubitsa və üç D-30 haubitsası sutka ərzində məhv edilib. Həmçinin, Xerson şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin silah-sursat anbarı vurulub.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin ordu aviasiyası, raket qoşunları və qoşun qüvvələri gün ərzində 124 ərazidə Ukrayna Silahlı Qüvvələrinin 98 artilleriya bölməsini atəş mövqelərinə, habelə canlı qüvvə və texnikasına zərbələr endirib.
Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 təyyarəsini vurub.
Hava hücumundan müdafiə sistemləri gündə bir HIMARS reaktiv yaylım atəşinin qarşısını alıb, həmçinin Vladimirovka, Kolomiyçixa, Zmievka, Rubijne, Ploçanka, Krasnoreçensko, "LXR"in Kremennaya, Yeqorovka, Novoandreevka, Novoandreevka, Zmievka, Rubijne, Ploçanka, "DXR"in Yelenovka və Zaporojye vilayətinin Lesnoe yaşayış məntəqələrində Ukraynanın 15 pilotsuz uçuş aparatını məhv edib.
Xüsusi hərbi əməliyyat başlayandan indiyədək məhv edilib: 386 təyyarə, 210 helikopter, 3193 pilotsuz uçuş aparatı, 405 zenit-raket kompleksi, 7945 tank və digər zirehli döyüş texnikası, 1031 reaktiv yaylım atəşi olan döyüş maşını, 4157 sahə artilleriya qurğuları və minaatan, o cümlədən 8465 ədəd xüsusi təyinatlı hərbi texnika.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0