DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib

© BAY ISMOYO / POOL / AFPTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 20.02.2023
Abunə olmaq
Türkiyə Prezidenti zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.
BAKI, 20 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.
Məlumatı "Anadolu" agentliyi yayıb. Bildirilib ki, onunla birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də Hatay bölgəsindədir.
Məlumata görə, R.T.Ərdoğan həmçinin Kahramanmaraşa gedərək oradakı vəziyyətlə tanış olacaq.
Qeyd edək ki, R.T.Ərdoğan zəlzələ bölgəsinə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bugünkü görüşündən sonra gedib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələdə ölənlərin sayını açıqlayıb. Belə ki, zəlzələdə ölənlərin sayı 41 156-ya çatıb.
Xəbər lenti
0