https://sputnik.az/20230218/azerbaycanda-yol-neqliyyat-hadiseleri-artib---statstka-451898901.html
Azərbaycanda yol-nəqliyyat hadisələri artıb - STATİSTİKA
Azərbaycanda yol-nəqliyyat hadisələri artıb - STATİSTİKA
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib. 18.02.2023, Sputnik Azərbaycan
2023-02-18T16:08+0400
2023-02-18T16:08+0400
2023-02-18T16:09+0400
qəza
cəmiyyət
statistika
nəqliyyat vasitələri
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_336:0:3977:2048_1920x0_80_0_0_7455eed2b6b5224f444cf082d8142844.jpg
BAKI, 18 fevral - Sputnik. 2022-ci ildə ölkədə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub. Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221140_791:0:3522:2048_1920x0_80_0_0_74f65dc7424a0abb52bb18ef0becabd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
qəza, statistika, nəqliyyat vasitələri
qəza, statistika, nəqliyyat vasitələri
Azərbaycanda yol-nəqliyyat hadisələri artıb - STATİSTİKA
16:08 18.02.2023 (Yenilənib: 16:09 18.02.2023) Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib.
BAKI, 18 fevral - Sputnik. 2022-ci ildə ölkədə 1668 və ya 2021-ci illə müqayisədə 1,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,1 faiz artaraq 2290 nəfər olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 834-ü həlak olub, 1456-sı isə yaralanıb. Hadisələrin 45,0 faizi gündüz, 37,9 faizi gecə, 17,1 faizi isə toran vaxtı baş verib, 31,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1 faizini, yaralananların isə 72,1 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.