QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş şəhərlərdə yeni küçələr olacaq

© Photo : AAYAğdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir
Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir - Sputnik Azərbaycan, 1920, 16.02.2023
Abunə olmaq
Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq, məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir
BAKI, 16 fevral — Sputnik. Düşmən tərəfindən 8 şəhərimiz yerlə yeksan edilib. Şəhərlərin Baş planları üzrə yeni infrastruktur qurulur.
Bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə azad edilən ərazilərdə yenidən bərpa ediləcək şəhərlərdə əvvəlki küçələr daha olmayacaq: “Yeni küçələr və küçə adları olacaq. Ağdamda bu məsələ ilə bağlı layihə dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir. İnsanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir".
"Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq. Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır. Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməsidir. Bu sahədə müəyyən suallar var. Etiraf edirəm. Sənədlərlə, xüsusən də çıxarışların verilməsi, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”, - deyə o əlavə edib.
Xəbər lenti
0