Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Baydenin təbrik məktubunu şərh etdi: Bu, açıq-aşkar təzyiq cəhdidir

© AFP 2024 / SAUL LOEB Bayden
 Bayden - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu halda söhbət təkcə təzyiqdən getmir, mənə elə gəlir ki, ABŞ Serbiyaya münasibətdə bir qədər fərqli fəaliyyət metodu seçib.
BAKI, 15 fevral — Sputnik. ABŞ Prezidenti Co Baydenin Serbiya lideri Aleksandr Vuçiçə Serbiyanın Dövlətçilik Günü münasibəti ilə təbriki acizlik və açıq-aşkar təzyiq cəhdidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bayden təbrikində Qərbin anti-Rusiya sanksiyalarına qoşulmayan Vuçiçə Ukraynadakı hadisələrə görə birlikdə Rusiyaya cavab verməyi təklif edib.
"Bu halda söhbət təkcə təzyiqdən getmir, mənə elə gəlir ki, ABŞ Serbiyaya münasibətdə bir qədər fərqli fəaliyyət metodu seçib, bu sadəcə təzyiq deyil. Bu, ölkəni Birləşmiş Ştatların tabeçiliyinə qaytarmaq üçün açıq cəhddir. Aİ-yə tabe olmayan dövlətlər üçün Avropaya inteqrasiyanın arxasında gizlənirlər", - o izah edib.
Zaxarova hesab edir ki, "əslində söhbət Vaşinqtonun təkcə Serbiya daxilində özü üçün formalaşdırılmasını zəruri hesab etdiyi şeylərdən yox, sərhədlərini yenidən formalaşdırmaq cəhdindən gedir".
O bildirib ki, söhbət Kosovonun tam ayrılmasından və Belqradın tanınmasından gedir.
"Mənim fikrimcə, ABŞ prezidentinin Serbiyanı təbrik etməsi çox şey deyir. Əgər hələ də nəyisə başa düşmürsünüzsə, bu bəyanatı yenidən oxuyun", - Zaxarova əlavə edib.
Президент Азербайджанской Республики Ильхам Алиев и Президент Республики Сербия Александар Вучич - Sputnik Azərbaycan, 1920, 15.02.2023
SİYASƏT
Prezident İlham Əliyev serbiyalı həmkarına məktub göndərdi
Xəbər lenti
0