CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN Türkiyədə ölən Azərbaycan vətəndaşlarının sayını açıqladı

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.
BAKI, 15 fevral — Sputnik. Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Xəbər lenti
0