CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səfirliyimizə silahlı hücum dəf edən qəhrəman xəstəxanadan evinə buraxılıb

© SputnikVasif Tağıyev
Vasif Tağıyev - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Anası Vasifin çənəsində aparılan cərrahiyyə əməliyyatına görə, hələ yaxşı danışa bilmədiyini söyləyib.
BAKI, 15 fevral — Sputnik. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev xəstəxanadan evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a V. Tağıyevin anası Təranə Tağıyeva məlumat veirb. O, bildirib ki, Vasif çənəsində aparılan cərrahiyyə əməliyyatına görə, hələ yaxşı danışa bilmir. O, oğlunun görüşünə çoxsaylı insanların gəldiyini, Vasifin evinə sağ-salamat gəlməsinə görə onun sağlamlığının keşiyində duran tibb işçilərinə təşəkkür edib.
Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Xəbər lenti
0