Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya xilasediciləri Türkiyədən qayıdıblar

© Photo : МЧС РФ / Mediabanka keçidRusiya xilasediciləri
Rusiya xilasediciləri  - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib.
BAKI, 15 fevral — Sputnik. Rusiya xilasediciləri Türkiyədə zəlzələ zonasında işlərini başa vuraraq Moskvaya qayıdıblar.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı xəbər yayıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib", - məlumatda deyilir.
Qeyd olunur ki, nazirliyin 150-dən çox mütəxəssisi fevralın 7-dən Türkiyənin ən çox zərər çəkmiş vilayətində işləyib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayının 35 min 418 nəfər olduğunu, bu fəlakətin ölkə tarixində ən dağıdıcı hadisə olduğunu bildirib.
Türkiyə prezidenti bildirib ki, hava şəraiti ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra insanların xilas edilməsi və infrastrukturun bərpası səylərinə böyük mane olub, su təchizatında da problemlər yaranıb.
"Birinci mərhələdə hava şəraiti ilə bağlı çətinliklər axtarış-xilasetmə əməliyyatlarında və yardımın göstərilməsində fasilələrə səbəb olub. Yaxınlıqdakı şəhərlərdən başlayaraq dərhal dövlət qurumlarını səfərbər etdik... Nəqliyyat və enerji ilə yanaşı, içməli su infrastrukturu və kanalizasiya ilə bağlı əlavə problemlər yaranıb. Xalqımız şübhə etməməlidir ki, dövlətimiz bütün nazirlikləri, qurumları və bütün imkanları ilə zəlzələ bölgəsinə tez bir zamanda çatmaq üçün var gücü ilə mübarizə aparıb", - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin 71 vilayətindən 250 minə yaxın əməkdaş iştirak edir.
Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.
Xəbər lenti
0