Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Müdafiə Nazirliyi Kəlbəcər, Laçın və Daşkəsən yollarındakı son vəziyyəti açıqladı - VİDEO

© AR Ministry of DefenceMühəndis təminatı üzrə tədbirlər davam etdirilir
Mühəndis təminatı üzrə tədbirlər davam etdirilir - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Məqsəd təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsidir.
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bu günədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib.
Xatırladaq ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.
Xəbər lenti
0