https://sputnik.az/20230215/ermenistanla-quru-yollarinin-acilmasi-meselesi-gundemdedir---cavusoglu-451795856.html
Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir - Çavuşoğlu
Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir - Çavuşoğlu
Sputnik Azərbaycan
Türkiyə xarici işlər naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T16:30+0400
2023-02-15T16:30+0400
2023-02-15T16:30+0400
dünya xəbərləri
ermənistan
ermənistan xin
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451784727_0:110:2100:1291_1920x0_80_0_0_99b5a514060d76bc41317990701a7530.jpg
BAKI, 15 fevral — Sputnik. "Ermənistan dar günə bizə dostluq əli uzatdı". Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir: "Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib. Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir: "Bu gün Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq. Bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük", - Türkiyə XİN rəhbəri deyib. Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi. Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi". Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ruben Rubinyan və Serdar Kılıç il ərzində bir neçə görüş keçirib. Bundan əlavə, oktyabrda Ermənistanın Baş naziri və Türkiyə prezidenti ilk dəfə Praqada görüşüblər. İndiyədək tərəflər hava yük daşımalarının qurulması, habelə üçüncü ölkə vətəndaşları üçün quru əlaqəsinin açılması barədə razılığa gəliblər. Eyni zamanda, Türkiyə rəsmiləri hər dəfə bəyan edirlər ki, İrəvanla danışıqlar prosesi Bakı ilə sıx əlaqələndirilir.
https://sputnik.az/20230215/mirzoyan-ankarada-ermenistan-turkiye-ile-munasibetlerin-normallasmasinda-maraqlidir-451795513.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451784727_117:0:1984:1400_1920x0_80_0_0_c37463ce14f2924e2cc8775a97803a62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ermənistan xin, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, ararat mirzoyan
ermənistan, ermənistan xin, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, ararat mirzoyan
Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir - Çavuşoğlu
Türkiyə xarici işlər naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək.
BAKI, 15 fevral — Sputnik. "Ermənistan dar günə bizə dostluq əli uzatdı".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir:
"Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir:
"Bu gün Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq. Bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük", - Türkiyə XİN rəhbəri deyib.
Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi. Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi".
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ruben Rubinyan və Serdar Kılıç il ərzində bir neçə görüş keçirib. Bundan əlavə, oktyabrda Ermənistanın Baş naziri və Türkiyə prezidenti ilk dəfə Praqada görüşüblər. İndiyədək tərəflər hava yük daşımalarının qurulması, habelə üçüncü ölkə vətəndaşları üçün quru əlaqəsinin açılması barədə razılığa gəliblər. Eyni zamanda, Türkiyə rəsmiləri hər dəfə bəyan edirlər ki, İrəvanla danışıqlar prosesi Bakı ilə sıx əlaqələndirilir.