Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Kişinyovun iddialarını təkzib edib

© AFP 2024 / DANIEL MIHAILESCUMoldova bayrağı, arxiv şəkli
Moldova bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Rusiya XİN-dən bildirilir ki, bu cür iddialar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar üslubunda qurulur.
BAKI, 14 fevral — Sputnik. Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planının mövcudluğu ilə bağlı Kişinyovun iddiaları əsassızdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl Moldova Prezidenti Maya Sandu respublikada konstitusiya quruluşunun dəyişdirilməsi cəhdlərinin hazırlandığını bildirib. O, ölkə parlamentini təhlükəsizlik qanunvericiliyini sərtləşdirməyə çağırıb.
Bundan əvvəl Volodimir Zelenski Avropa Şurasındakı çıxışı zamanı Ukrayna kəşfiyyatının Moldovada demokratik nizamı məhv etmək üçün iddia edilən planı ələ keçirdiyini demiş və bu barədə Ukrayna tərəfinin Moldova rəhbərliyinə xəbərdarlıq etdiyini bildirmişdi.

"Bu cür iddialar tamamilə əsassızdır. Onlar ABŞ, digər Qərb ölkələri və Ukrayna tərəfindən tez-tez istifadə olunan klassik texnikalar üslubunda qurulur. Əvvəlcə təsdiqi mümkün olmayan gizli kəşfiyyat məlumatlarına istinad edərək ittiham edib, öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün bundan istifadə edirlər", - deyə nazirlik Sandunun açıqlamalarına münasibətində bildirib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Kiyevin əsl məqsədi Moldovanı Rusiya ilə qarşıdurmaya çəkməkdir:
"Kişinyov bu saxtakarlığı ölkə vətəndaşlarının diqqətini hazırkı administrasiyanın uğursuz sosial-iqtisadi kursunun yaratdığı daxili problemlərdən yayındırmaq, fərqli fikirlərə və siyasi rəqiblərə qarşı mübarizəni gücləndirmək üçün istifadə edir".
"Qərb dövlətləri və Ukraynadan fərqli olaraq, biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya heç kimə təhlükə yaratmır. Rusiya Moldova Respublikasının təhlükəsizliyinə xələl gətirmir və qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır. Moskva Kişinyovu təxribatlara uymamağa və Rusiya Federasiyası ilə sabit dostluq münasibətlərinin Moldovaya gətirə biləcəyi üstünlükləri dərk edərək vətəndaşların maraqlarını rəhbər tutmağa çağırır", - deyə nazirliyin bəyanatında deyilir.
Xəbər lenti
0