Prezident İlham Əliyev səfirlərin etimadnaməsini qəbul edib
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanı qəbul edib
Abunə olmaq
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib.
BAKI, 14 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanın, Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin, Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnamələrini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı San-Marino səfirinə bildirib ki, ölkələr arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb. Səfir Con Matsa ölkələr arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. O, bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanı qəbul edib
Prezident İlham Əliyev San-Marino Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Con Matsanı qəbul edib
Dövlət başçısı Qanalı səfirlə söhbətində bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğulayıb və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib. Səfir də öz növbəsində Qana Prezidentinin 2019-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzulayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vareni qəbul edib
Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vareni qəbul edib
Prezident İlham Əliyev Anqola səfiri ilə də söhbət edib. Dövlət başçısı vurğulayıb ki, Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsini xüsusi qeyd edən Prezident İlham Əliyev ölkələrimizin bu sahədə də əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı. Auqusto da Silva Kunha Azərbaycana qeyri-rezident səfir təyin olmasından məmnunluğunu bildirib və Anqola Prezidenti Joao Lorensonun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Anqolanın dövlət başçısına çatdırmağı xahiş edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanı qəbul edib
Prezident İlham Əliyev Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanı qəbul edib
Səfir bildirib ki, Anqola müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ölkədə mütəxəssislərin hazırlanmasına böyük töhfələr verib. Diplomat bu xüsusda mütəxəssislərin, mühəndislərin, həkimlərin və hərbçilərin hazırlanmasında Azərbaycanın ali təhsil müəssisələrinin mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən Auqusto da Silva Kunha Anqolanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə dəstək verdiyini vurğulayıb və ölkəmizin təşkilatda sədrliyinə uğurlar arzulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.