https://sputnik.az/20230214/nato-bas-katibliyine-secki-en-qeyri-seffaf-prosedurdur-451723446.html
NATO Baş Katibliyinə seçki "ən qeyri-şəffaf" prosedurdur
NATO Baş Katibliyinə seçki "ən qeyri-şəffaf" prosedurdur
Sputnik Azərbaycan
Baş katibin seçilməsi proseduru Alyansa üzv olan ölkələr arasında məsləhətləşmələrdən ibarətdir, lakin əslində ABŞ, Almaniya, Fransa və Böyük Britaniya ən... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T09:01+0400
2023-02-14T09:01+0400
2023-02-14T09:01+0400
nato
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_0:159:3076:1889_1920x0_80_0_0_98017b86711f940a26ba5b26464b2c04.jpg
BAKI, 14 fevral — Sputnik. Avropalı diplomat, Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna seçki prosesini "ən qeyri-şəffaf seçki" adlandırıb. "Foreign Policy" bu barədə xəbər verir. "Bu, bütün seçkilər arasında ən qeyri-şəffaf seçkidir", - deyə Avropa diplomatı nəşrə bildirib. Qeyd olunur ki, baş katibin seçilməsi proseduru alyansa üzv olan ölkələr arasında məsləhətləşmələrdən ibarətdir. Qərarın bütün üzvlər arasında razılaşma əsasında verilməli olduğu güman edilir, lakin əslində ABŞ, Almaniya, Fransa və Böyük Britaniya ən böyük təsirə malikdir. Jurnalın yazdığına görə, mümkün namizədlər arasında ən çox müzakirə olunanlar Hollandiyanın baş naziri Mark Ryutte, nəşrin verdiyi xəbərə əsasən, Vaşinqton tərəfindən dəstəklənən Kanada baş nazirinin müavini Xristya Friland və Estoniyanın baş naziri Kayya Kallasdır. Slovakiya, Xorvatiya, Litva, Böyük Britaniya və digər dövlətlərdən olan namizədlər də müzakirə olunurlar. Stoltenberq ötən il oktyabrın 1-də istefa verməli idi. Lakin mart ayında alyans ölkələrinin liderləri sammit zamanı onun mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər. "Politico" nəşri hələ 2021-ci ildə mənbələrə istinadən xəbər verib ki, Şərqi Avropadan üç qadın siyasətçi: Xorvatiya və Litvanın keçmiş prezidentləri Kolinda Qrabar-Kitaroviç və Dalya Qribauskayte, həmçinin, Estoniyanın keçmiş lideri Kersti Kaljulaid NATO-nun növbəti baş katibi postuna ehtimal namizəd ola bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_174:0:2903:2047_1920x0_80_0_0_f940ab237cfdfb6e51155405c8838c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato
NATO Baş Katibliyinə seçki "ən qeyri-şəffaf" prosedurdur
Baş katibin seçilməsi proseduru Alyansa üzv olan ölkələr arasında məsləhətləşmələrdən ibarətdir, lakin əslində ABŞ, Almaniya, Fransa və Böyük Britaniya ən böyük təsirə malikdir.
BAKI, 14 fevral — Sputnik. Avropalı diplomat, Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi postuna seçki prosesini "ən qeyri-şəffaf seçki" adlandırıb.
"Foreign Policy" bu barədə xəbər verir.
"Bu, bütün seçkilər arasında ən qeyri-şəffaf seçkidir", - deyə Avropa diplomatı nəşrə bildirib.
Qeyd olunur ki, baş katibin seçilməsi proseduru alyansa üzv olan ölkələr arasında məsləhətləşmələrdən ibarətdir. Qərarın bütün üzvlər arasında razılaşma əsasında verilməli olduğu güman edilir, lakin əslində ABŞ, Almaniya, Fransa və Böyük Britaniya ən böyük təsirə malikdir.
Jurnalın yazdığına görə, mümkün namizədlər arasında ən çox müzakirə olunanlar Hollandiyanın baş naziri Mark Ryutte, nəşrin verdiyi xəbərə əsasən, Vaşinqton tərəfindən dəstəklənən Kanada baş nazirinin müavini Xristya Friland və Estoniyanın baş naziri Kayya Kallasdır. Slovakiya, Xorvatiya, Litva, Böyük Britaniya və digər dövlətlərdən olan namizədlər də müzakirə olunurlar.
Stoltenberq ötən il oktyabrın 1-də istefa verməli idi. Lakin mart ayında alyans ölkələrinin liderləri sammit zamanı onun mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər. "Politico" nəşri hələ 2021-ci ildə mənbələrə istinadən xəbər verib ki, Şərqi Avropadan üç qadın siyasətçi: Xorvatiya və Litvanın keçmiş prezidentləri Kolinda Qrabar-Kitaroviç və Dalya Qribauskayte, həmçinin, Estoniyanın keçmiş lideri Kersti Kaljulaid NATO-nun növbəti baş katibi postuna ehtimal namizəd ola bilərlər.