https://sputnik.az/20230214/fovqelade-hallar-nazirliyi-zelzele-bolgesinde-toplanti-kecirib-451744309.html
Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsində toplantı keçirib
Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsində toplantı keçirib
Sputnik Azərbaycan
FHN Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantısında hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T15:23+0400
2023-02-14T15:23+0400
2023-02-14T15:23+0400
fhn
azərbaycan xəbərləri
türkiyə
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0c/451690074_0:96:1024:672_1920x0_80_0_0_2604f9038e4d69cff30f779a8dec7c76.jpg
BAKI, 14 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib. Nazirliyin yaydığı məlumata görə, toplantı Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin iştirakı ilə keçirilib. Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 655 nəfərin isə meyitini çıxararaq təhvil veriblər. Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0c/451690074_0:0:1024:768_1920x0_80_0_0_cc10bca2053029b730650c0267d689f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, türkiyə, zəlzələ
Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsində toplantı keçirib
FHN Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantısında hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib.
BAKI, 14 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə zəlzələ bölgəsindəki qərargahında toplantı keçirilib. Nazirliyin yaydığı məlumata görə, toplantı Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin iştirakı ilə keçirilib.
Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 655 nəfərin isə meyitini çıxararaq təhvil veriblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.