SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir - Qriqoryan

© SputnikErmənistan TŞ katibi Armen Qriqoryan
Ermənistan TŞ katibi Armen Qriqoryan - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, bu çərçivədə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
BAKI, 14 fevral — Sputnik. Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu təhvil verəcək. Bunu jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Mənə elə gəlir ki, mətn ən qısa zamanda hazır olacaq. Mətnin necə təhvil veriləcəyini hələ bilmirəm", - Qriqoryan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsində "Dağlıq Qarabağ"la bağlı maddələr də var. İndi bütün məsələlər işlənilir və razılaşdırılır.
Qriqoryan həmçinin qeyd edib ki, Ermənistanın yanaşmaları dəyişməz qalıb: İrəvan üçün beynəlxalq mexanizm hazırlamaq vacibdir. Bu çərçivədə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
Onun sözlərinə görə, İrəvan bu mexanizmin həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Qriqoryan həmçinin əlavə edib ki, bu mexanizmin sülh müqaviləsinin gündəliyinə daxil ediləcəyini, yoxsa başqa formatın yaradılacağını bilmir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN bildirmişdi ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib.
"Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə, sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır. Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır" - XİN-in bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0