https://sputnik.az/20230214/azerbaycan-ozbekistan-neqliyyat-ve-tranzit-dasimalari-uzre-isci-qrupun-ilk-iclasi-olub-451741623.html
Azərbaycan-Özbəkistan nəqliyyat və tranzit daşımaları üzrə işçi qrupun ilk iclası olub
Azərbaycan-Özbəkistan nəqliyyat və tranzit daşımaları üzrə işçi qrupun ilk iclası olub
Sputnik Azərbaycan
Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T13:12+0400
2023-02-14T13:12+0400
2023-02-14T13:55+0400
iqtisadiyyat
azərbaycan özbəkistan
nəqliyyat
tranzit
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1a/426554120_0:125:1201:800_1920x0_80_0_0_f132d39f34a443a7df313a776d5e3378.jpg
BAKI, 14 fevral — Sputnik. Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 fevral tarixlərində ölkəmizdə işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Özbəkistan Respublikasının nəqliyyat nazirinin müavini Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib. Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib. Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC-də olub. Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfər çərçivəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlər keçirməsi planlaşdırılır. Məlumat üçün bildirək ki, multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür. Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1a/426554120_0:0:1067:800_1920x0_80_0_0_8c48deb10d7ab895b860ac4edb36b1e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan özbəkistan, nəqliyyat, tranzit, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
azərbaycan özbəkistan, nəqliyyat, tranzit, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Azərbaycan-Özbəkistan nəqliyyat və tranzit daşımaları üzrə işçi qrupun ilk iclası olub
13:12 14.02.2023 (Yenilənib: 13:55 14.02.2023) Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.
BAKI, 14 fevral — Sputnik. Özbəkistanın nəqliyyat nazirinin müavini Abdusamat Muminovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-15 fevral tarixlərində ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Özbəkistan Respublikasının nəqliyyat nazirinin müavini Abdusamat Muminovun həmsədrliyi ilə iki ölkə arasında nəqliyyat və tranzit yük daşımaları üzrə birgə işçi qrupunun ilk iclası keçirilib.
Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, o cümlədən 6 ölkənin (Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan) dəmir yolu qurumlarının iştirakı ilə yaradılmış CASCA + multimodal nəqliyyat marşrutu çərçivəsində yük daşımaların həcminin artırılması, daşıma şərtlərinin yaxşılaşdırılması və infrastrukturun inkişafı ilə bağlı məsələlər müzakirə edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Orta Dəhlizin tranzit potensialının artırılmasına töhfə verəcək vacib təşəbbüslərdən biri olan Zəngəzur Dəhlizinin region ölkələri, ilk növbədə türkdilli ölkələr üçün yeni iqtisadi imkanlar yaratması ilə bağlı qarşı tərəfə məlumat verilib.
Nümayəndə heyəti işgüzar səfər çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC-də olub.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin səfər çərçivəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Bakı Gəmiqayırma Zavodunda da görüşlər keçirməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, multimodal nəqliyyat layihəsi olan CASCA+ (Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu) Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan dəmir yolu qurumlarının birgə təşəbbüsüdür.
Marşrut üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının 5 avqust 2022-ci il tarixdə Bakıda keçirilmiş iclasında marşrutun səmərəliyinin artırılması üçün operatorların iştirakı ilə konsorsiumun yaradılması, konteynerlərin marşrut boyu izlənilməsi məqsədilə rəqəmsal platformanın hazırlanması müzakirə edilib.