https://sputnik.az/20230210/mdb-olkeleri-ile-elaqelerin-guclendirilmesi-xususi-ehemiyyet-kesb-edir---putin-451606025.html
MDB ölkələri ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir - Putin
MDB ölkələri ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir - Putin
Sputnik Azərbaycan
Rusiya diplomatiyası çoxqütblü, həqiqətən demokratik dünya düzəninin qurulması istiqamətində tendensiyanı gücləndirməkdə davam edəcək. 10.02.2023, Sputnik Azərbaycan
2023-02-10T10:40+0400
2023-02-10T10:40+0400
2023-02-10T10:40+0400
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450057562_0:125:3196:1923_1920x0_80_0_0_04fa5c7cd5250919dcf6f9b8219624b7.jpg
BAKI, 10 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarını və veteranlarını peşə bayramları - Diplomatik İşçi Günü münasibətilə təbrik edib. Qeyd edib ki, onların səyləri sayəsində təkcə ölkəni təcrid etmək planlarının qarşısını almaq deyil, həm də dünya birliyinin əksər üzvləri - Avrasiya məkanı, Yaxın Şərq, Asiya-Sakit Okean, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub. "Rusiya Xarici İşlər Nazirliyi haqlı olaraq öz şanlı ənənələri ilə fəxr edə bilər. Ən çətin dövrlərdə belə, ağır sınaqlar qarşısında diplomatlarımız öz peşə borclarını şərəflə yerinə yetirmiş, vətənpərvərlik və vətəndaş cəsarəti nümunəsi göstərmişlər", - Rusiya prezidenti bildirib. Putin vurğulayıb ki, daxili diplomatik xidmətin ən yaxşı keyfiyyətlərinə bu gün - Rusiyaya qarşı başlayan hibrid müharibə kontekstində, dövlət suverenliyini və milli təhlükəsizliyi qorumaq üçün xarici siyasət alətlərindən maksimum səmərəli istifadə etməyin son dərəcə vacib olduğu bir vaxtda böyük tələbat var. "Əsasən sizin səyləriniz sayəsində nəinki kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını pozmaq, həm də dünya birliyinin əksər üzvləri - Avrasiya məkanı, Yaxın Şərq, Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığı intensivləşdirmək artıq mümkün olub", - deyə prezident qeyd edib. Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da gücləndirilməsi gündəmdədir. MDB ölkələri ilə əlaqələrin gücləndirilməsinə, Avrasiya inteqrasiya proseslərinin təşviqinə və KTMT çərçivəsində müttəfiqliyin möhkəmləndirilməsinə, İttifaq dövlətinin potensialının tam reallaşdırılmasına, ŞƏT və BRİKS kimi birliklər formatında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlər xüsusi əhəmiyyət kəsb edir", - deyə Putin vurğulayıb. Xarici İşlər Nazirliyinin əməkdaşlarına təbrik məktubunda qeyd olunur ki, Rusiya vətəndaşlarının qanuni hüquqlarının müdafiəsi və xaricdəki həmvətənlərə dəstək, neonasizmin istənilən təzahürlərinə və milli mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı barışmaz mübarizə aparmaq qeyd-şərtsiz prioritetlər sırasındadır. "Təbii ki, Rusiya diplomatiyası bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn hamılıqla tanınmış normalarına riayət əsasında çoxqütblü, həqiqətən demokratik dünya düzəninin qurulması istiqamətində tendensiyanı gücləndirməkdə davam edəcək", - məlumatda deyilir. Prezident əmin olduğunu bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları Rusiyanın xarici siyasət maraqlarını müdafiə edərək bundan sonra da maksimum səmərəli fəaliyyət göstərəcəklər. Putin onlara yeni peşəkar uğurlar, veteranlara isə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450057562_233:0:2964:2048_1920x0_80_0_0_ebd96814a5438c34922e8f95193fc08c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
rusiya prezidenti vladimir putin, vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
MDB ölkələri ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir - Putin
Rusiya diplomatiyası çoxqütblü, həqiqətən demokratik dünya düzəninin qurulması istiqamətində tendensiyanı gücləndirməkdə davam edəcək.
BAKI, 10 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarını və veteranlarını peşə bayramları - Diplomatik İşçi Günü münasibətilə təbrik edib. Qeyd edib ki, onların səyləri sayəsində təkcə ölkəni təcrid etmək planlarının qarşısını almaq deyil, həm də dünya birliyinin əksər üzvləri - Avrasiya məkanı, Yaxın Şərq, Asiya-Sakit Okean, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub.
"Rusiya Xarici İşlər Nazirliyi haqlı olaraq öz şanlı ənənələri ilə fəxr edə bilər. Ən çətin dövrlərdə belə, ağır sınaqlar qarşısında diplomatlarımız öz peşə borclarını şərəflə yerinə yetirmiş, vətənpərvərlik və vətəndaş cəsarəti nümunəsi göstərmişlər", - Rusiya prezidenti bildirib.
Putin vurğulayıb ki, daxili diplomatik xidmətin ən yaxşı keyfiyyətlərinə bu gün - Rusiyaya qarşı başlayan hibrid müharibə kontekstində, dövlət suverenliyini və milli təhlükəsizliyi qorumaq üçün xarici siyasət alətlərindən maksimum səmərəli istifadə etməyin son dərəcə vacib olduğu bir vaxtda böyük tələbat var.
"Əsasən sizin səyləriniz sayəsində nəinki kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını pozmaq, həm də dünya birliyinin əksər üzvləri - Avrasiya məkanı, Yaxın Şərq, Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığı intensivləşdirmək artıq mümkün olub", - deyə prezident qeyd edib.
Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da gücləndirilməsi gündəmdədir. MDB ölkələri ilə əlaqələrin gücləndirilməsinə, Avrasiya inteqrasiya proseslərinin təşviqinə və KTMT çərçivəsində müttəfiqliyin möhkəmləndirilməsinə, İttifaq dövlətinin potensialının tam reallaşdırılmasına, ŞƏT və BRİKS kimi birliklər formatında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş işlər xüsusi əhəmiyyət kəsb edir", - deyə Putin vurğulayıb.
Xarici İşlər Nazirliyinin əməkdaşlarına təbrik məktubunda qeyd olunur ki, Rusiya vətəndaşlarının qanuni hüquqlarının müdafiəsi və xaricdəki həmvətənlərə dəstək, neonasizmin istənilən təzahürlərinə və milli mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı barışmaz mübarizə aparmaq qeyd-şərtsiz prioritetlər sırasındadır.
"Təbii ki, Rusiya diplomatiyası bərabərlik, qarşılıqlı hörmət və beynəlxalq hüququn hamılıqla tanınmış normalarına riayət əsasında çoxqütblü, həqiqətən demokratik dünya düzəninin qurulması istiqamətində tendensiyanı gücləndirməkdə davam edəcək", - məlumatda deyilir.
Prezident əmin olduğunu bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları Rusiyanın xarici siyasət maraqlarını müdafiə edərək bundan sonra da maksimum səmərəli fəaliyyət göstərəcəklər. Putin onlara yeni peşəkar uğurlar, veteranlara isə möhkəm cansağlığı, xoş əhval-ruhiyyə və uzun ömür arzulayıb.