Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyevin sülh təşəbbüslərindəki şərtlər qəbuledilməzdir - Nebenzya

© Sputnik / Нэнси Сисель / Mediabanka keçidVasili Nebenzya, arxiv şəkli
Vasili Nebenzya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2023
Abunə olmaq
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi bildirib ki, Ukraynanın bütün bu təşəbbüsləri, istər bir növ "sülh formulu" olsun, istərsə də "sülh sammiti", sadəcə olaraq təbliğata yönəlmiş açıq-aşkar boş güllələrdir.
BAKI, 10 fevral — Sputnik. Kiyevin irəli sürdüyü sülh təşəbbüslərindəki şərtlər qəbuledilməzdir. Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Zelenskinin sülh planı" sadəcə olaraq istehzadır.
"Ukraynanın bütün bu təşəbbüsləri, istər bir növ "sülh formulu" olsun, istərsə də "sülh sammiti", sadəcə olaraq təbliğata yönəlmiş açıq-aşkar boş güllələrdir. Onlarda qoyulan şərtlər açıq şəkildə qəbuledilməzdir", - Nebenzya bildirib.
Vladimir Zelenski 2022-ci ilin noyabrında bildirib ki, Kiyevin 10 bənddən ibarət öz "sülh planı" var. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, "hamı üçün" düsturuna əsasən "əsir götürülmüş şəxslərin" mübadiləsi, Ukraynanın ərazi bütövlüyünün bərpası var. Zelenski həmçinin qeyd edib ki, Kiyev ona beynəlxalq təhlükəsizlik zəmanəti almaqda israrlıdır və müvafiq sənədin layihəsini hazırlayıb. Ukrayna lideri bildirib ki, Kiyev ölkənin hərbi əməliyyatlar nəticəsində itkilərini Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün beynəlxalq mexanizm yaratmaq istəyir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Xəbər lenti
0