https://sputnik.az/20230209/heyder-eliyev-fondunun-humanitar-yardim-kampaniyasi-davam-edir---vdeo-foto-451572592.html
Heydər Əliyev Fondunun humanitar yardım kampaniyası davam edir - VİDEO-FOTO
Heydər Əliyev Fondunun humanitar yardım kampaniyası davam edir - VİDEO-FOTO
Sputnik Azərbaycan
Bəzi sosial platformalarda Bakı İdman Sarayının qarşısında yardımların toplanılmasının yer olmadığı üçün dayandırıldığı barədə məlumat yayılsa da, bu, həqiqəti... 09.02.2023, Sputnik Azərbaycan
2023-02-09T12:00+0400
2023-02-09T12:00+0400
2023-02-09T12:00+0400
yardım
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451570331_0:120:1280:840_1920x0_80_0_0_636ca2e28eda81b2a0cafb1cdd8cc3f1.jpg
BAKI, 9 fevral — Sputnik. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə çağırışına qoşulan "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin fevralın 8-dən başlayaraq Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) başlatdığı yardım kampaniyası davam edir. Sputnik Azərbaycan-ın hadisə yerindən verdiyi xəbərə görə, hazırda da Bakı İdman Sarayının qarşısına yardımların gətirilməsi davam edir. Bəzi sosial platformalarda Bakı İdman Sarayının qarşısında yardımların toplanılmasının yer olmadığı üçün dayandırıldığı barədə məlumat yayılsa da, bu, həqiqəti əks etdirmir.Yardımların toplandığı məntəqəyə nəzarət həyata keçirən polislər Sputnik Azərbaycan-a bildiriblər ki, Bakı İdman Sarayında yardımlar qəbul edilir. İdman Sarayının içərisində yer olmadığından yardımlar idman kompleksinin qarşısında açıq havada toplanır. Sonra çeşidlənərək sarayın içərisinə yığılır. Hadisə yerində olan polislər bildiriblər ki, ancaq ikinci əl yardımları qəbul edilmir. Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin Türkiyədə zərərçəkənlərə dəstək üçün fevralın 8-dən başlatdığı yardımtoplanma kampaniyası 14 fevral tarixinədək davam edəcək. Məlumat üçün bildirək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb. "Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir", - Fondun açıqlamasında vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451570331_0:0:1280:960_1920x0_80_0_0_6e057a52543edefa0ce7976b15735561.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yardım
Heydər Əliyev Fondunun humanitar yardım kampaniyası davam edir - VİDEO-FOTO
Bəzi sosial platformalarda Bakı İdman Sarayının qarşısında yardımların toplanılmasının yer olmadığı üçün dayandırıldığı barədə məlumat yayılsa da, bu, həqiqəti əks etdirmir.
BAKI, 9 fevral — Sputnik. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədilə çağırışına qoşulan "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin fevralın 8-dən başlayaraq Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) başlatdığı yardım kampaniyası davam edir.
Sputnik Azərbaycan-ın hadisə yerindən verdiyi xəbərə görə, hazırda da Bakı İdman Sarayının qarşısına yardımların gətirilməsi davam edir. Bəzi sosial platformalarda Bakı İdman Sarayının qarşısında yardımların toplanılmasının yer olmadığı üçün dayandırıldığı barədə məlumat yayılsa da, bu, həqiqəti əks etdirmir.
Yardımların toplandığı məntəqəyə nəzarət həyata keçirən polislər Sputnik Azərbaycan-a bildiriblər ki, Bakı İdman Sarayında yardımlar qəbul edilir. İdman Sarayının içərisində yer olmadığından yardımlar idman kompleksinin qarşısında açıq havada toplanır. Sonra çeşidlənərək sarayın içərisinə yığılır. Hadisə yerində olan polislər bildiriblər ki, ancaq ikinci əl yardımları qəbul edilmir.
Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin Türkiyədə zərərçəkənlərə dəstək üçün fevralın 8-dən başlatdığı yardımtoplanma kampaniyası 14 fevral tarixinədək davam edəcək.
Məlumat üçün bildirək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.
"Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır.
Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir", - Fondun açıqlamasında vurğulanıb.